ABŞ-nin strateji əhəmiyyətə malik su yolunda ticarət gəmilərini qorumaq üçün onları müşayiət etməyi planlaşdırdığı bir vaxtda İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında ABŞ hərbi gəmilərinə zərbə endirə biləcəyi barədə xəbərdarlıq edib.
Sfera.az “Al-Arabiya” ya istinadən xəbər verir ki, bu barədə SEPAH-ın sözçüsü Əli Məhəmməd Naini danışıb. Onun sözlərinə görə, İran Vaşinqtonun bölgədə davam edən gərginlik səbəbilə gəmiçilik fəaliyyətinin çətinləşdiyi Hörmüz boğazında ticarət gəmilərini qorumaq üçün hərbi-dəniz qüvvələri göndərmək planlarını diqqətlə izləyir. “Onların gəlməsini gözləyirik”,-deyə Naini bildirib.














