İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ-nin ən böyük gəmilərindən biri olan “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinə qanadlı raketlər atıb.
Gündəm24.az -ın məlumatına görə, “Fars” agentliyi bu barədə “Telegram” kanalında məlumat verib.
İran ordusu, həmçinin “Abraham Lincoln”un fəaliyyətini və hərəkətlərinin daim izlənildiyini və düşmən raket məsafəsinə çatan kimi donanmanın dağıdıcı zərbə endirəcəyini bildirib.
Agentlik, həmçinin İranın ABŞ təyyarədaşıyan gəmisinə endirdiyi zərbənin görüntülərini də yayımlayıb.













