Şimali Koreya Tehrandan uzaqlaşmaq qərarına gəlib.
Gündəm24.az xəbər verir ki, Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Şimali Koreya ABŞ prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında may ayında keçiriləcək mümkün sammit ərəfəsində diplomatik manevr imkanlarını qorumaq qərarına gəlib.
Bu məqsədilə İrandan müəyyən qədər uzaqlaşmağa çalışır.
Buna misal olaraq, Pxenyanın ayətullah Əli Xameneinin vəfatı ilə bağlı başsağlığı verməməsi və Müctəba Xameneini yeni lider kimi təbrik etməməsi göstərilir. Bu məqama Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin (NIS) parlament brifinqində iştirak edən deputatı Pak Son Von diqqət çəkib./KONKRET.az/














