Əlcəzairin paytaxtından 45 kilometr cənub-qərbdə yerləşən Blida şəhərində ikili terror aktı törədilib.
Gündəm24.az xəbər verir ki, ilkin məlumatlara görə, hadisə kamikadzelər tərəfindən həyata keçirilib.
Terrorçulardan biri üzərindəki əldəqayırma partlayıcı qurğunu polis məntəqəsinin yaxınlığında, digəri isə qida sənayesi müəssisələrindən birinin önündə işə salıb. Partlayış nəticəsində ölənlərin sayı ilə bağlı ziddiyyətli məlumatlar daxil olsa da, bir neçə polis əməkdaşının həlak olduğu təsdiqlənib.
Papanın səfəri hədəf seçilib?
Hadisənin ən dəhşətli tərəfi isə terrorçuların əsl hədəfi ilə bağlı yayılan iddialardır. Məlumata görə, kamikadzelərin partlayıcıları vaxtından əvvəl işə düşüb. Onların əsl planı ölkənin paytaxtına daxil olmaq və Roma Papası XIV Levonun rəsmi səfəri çərçivəsində keçirilən tədbirdə kütləvi qırğın törətmək olub.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejimində çalışır. Papanın səfəri ilə bağlı təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb. Terror aktının arxasında duran qruplaşmaların müəyyən edilməsi istiqamətində genişmiqyaslı əməliyyat başladılıb./NOCOMMENT.az













