Avropa İttifaqının yüksək diplomatik nümayəndəsi Ursula von der Leyen-in sözlərinə görə, ABŞ və Tramp NATO üzvlərinə verdiyi sözlər çərçivəsində hərəkət etməlidir.
Gündəm24.az xəbər verir ki, Kalas Politico-ya açıqlamasında bildirib: “Bu, bizim günahımız deyil. Amerika NATO-nun ən böyük müttəfiqidir. Buna görə, NATO-nun nə etməli olduğunu danışarkən, bu həm də Amerika üçün keçərlidir, çünki Tramp ölümləri dayandıracağına söz verib”.
O, həmçinin Trampla razılaşaraq Avropanın Rusiya enerji resurslarının alınmasını tamamilə dayandırmalı olduğunu, bunun üçün isə Macarıstan və Slovakiyaya təzyiq göstərilməli olduğunu qeyd edib:
“Tramp haqlıdır. Biz neft və qaz alımlarını 80% azaltdıq, bu isə göstərir ki, əgər bütün müttəfiqlər eyni addımı atsa idi, effekt daha güclü olardı. Biz 19 paket sanksiya tətbiq etdik. Əgər müttəfiqlər də bunu etsəydi, müharibə daha tez sona çatardı”, – deyə Kalas vurğulayıb.
Əli Səfərli,
Gündəm24.az














