ABŞ Prezidenti Donald Tramp hesab edir ki, gələcək İran lideri vəzifəsinə uyğun hesab etdiyi namizədlər hücum zamanı öldürülüb.
Gündəm24.az xəbər verir ki, o, bunu “ABC News”a verdiyi müsahibədə bildirib.
“O, (İranın gələcək lideri) düşündüyümüz şəxslərdən biri olmayacaq, çünki hamısı həlak olub”, – telekanalın jurnalisti Conatan Karl X-də Trampın sözlərindən sitat gətirib.
ABŞ Prezidentinin fikrincə, İranın gələcək lideri roluna uyğun fiqurlar siyahısında ikinci və üçüncü yerləri tutan namizədlər də daxil olmaqla, namizədlərin əksəriyyəti həlak olub.
Donald Tramp bundan əvvəl “The New York Times”a İranın gələcək Ali rəhbəri postuna üç uyğun namizədin olduğunu bildirmişdi. Ağ Ev rəhbəri konkret adlar açıqlamaqdan imtina etmişdi.
Xatırladaq ki, İranın Ali rəhbəri Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin Tehrana hava hücumu zamanı öldürülüb. Teleqraf.az














