İranın ali lideri Müctəba Xameneinin müşaviri Kamal Xarazi Tehrana edilən hücumlardan biri zamanı ağır yaralanıb.
KONKRET.az xəbər verir ki, məlumatı TASS agentliyi Al Hadath telekanalına istinadən yayıb.
Bildirilir ki, Kamal Xarazi paytaxt Tehranın bombalanması zamanı hədəfə alınıb və nəticədə ciddi xəsarətlər alıb.
Mənbənin məlumatına görə, onun vəziyyəti kritik olaraq qiymətləndirilir.
Hadisə ilə bağlı İran rəsmilərindən hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, son günlər regionda gərginlik fonunda Tehrana yönəlmiş hücumlar barədə xəbərlər artmaqdadır.













