İsrail ordusu İranın paytaxtı Tehran şəhərində İran rəhbərliyinə aid kompleksin altında yerləşdiyi bildirilən yeraltı hərbi sığınacağın hava zərbəsi ilə vurulduğunu açıqlayıb.
Sfera.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri tərəfindən yayılan məlumatda bildirilib ki, əməliyyat zamanı İsrail Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İran rəhbərliyinə aid olduğu deyilən obyektə zərbə endirib.
Hədəfin Əli Xameneiyə məxsus olduğu iddia edilən yeraltı hərbi sığınacaq olduğu bildirilib.
İsrail ordusunun açıqlamasına görə, əməliyyatda təxminən 50 döyüş təyyarəsi iştirak edib. Zərbənin Tehranda yerləşən kompleksin altında olduğu deyilən sığınacağı hədəf aldığı qeyd olunub.
Açıqlamada həmçinin hücum anını əks etdirdiyi bildirilən görüntülərin də ictimaiyyətə təqdim edildiyi vurğulanıb. İsrail tərəfi hava zərbəsi nəticəsində yeraltı obyektin məhv edildiyini iddia edir.
Hadisə ilə bağlı İran rəsmiləri hələlik rəsmi açıqlama verməyib














