Yaponiyanın Azərbaycandakı səfirliyi regiondakı vəziyyətlə əlaqədar fəaliyyətini dayandırıb.
Gündəm24.az xəbər verir ki, bu barədə səfirliyin Feysbuk hesabında qeyd olunub.
“Regionda baş verən hadisələrlə əlaqədar olaraq səfirlik fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb. Viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılıb. Nəzərə almağınızı xahiş edirik. Narahatlığa görə üzr istəyirik”, – məlumatda bildirib.














