Çərşənbə axşamı, Mart 17, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ

15/11/2025 18:49
Elm və təhsil, Gündəm
67 1
Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ
86
Baxış sayı

Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Maliyyə Nazirliyinin təşəbbüsü ilə müəyyən lazımsız ştatların ləğv olunması zərurətə çevrildiyini qeyd edərək bunu təqdirəlayiq hesab edib. Lakin deputat burada müəyyən problemlərin yarandığını da qeyd edib. O, lazımlı ştatların da ləğv olunduğuna diqqət çəkib. 

Gündəm24.az xəbər verir ki, modern.az-a açıqlama verən Tahir Rzayev bildirib ki, lazımsız ştatların ləğvinə münasibəti müsbət olsa da bir çox vacib ştatlar da ləğv olunur:

“Onların ləğv olunması məqsədə uyğun deyil və bunu bildirdim”.

Deputat ləğv olunan önəmli ştatlar haqqında da danışıb:

“Rayonlarda mədəniyyət şöbələrində sürücü ştatları, müəyyən texniki ştatları, xadimə və digər ştatlar ləğv olunub. Belə bir sual yaranır: bəs bu sənət adamları hansısa hərbi hissəyə və ya başqa tədbirlərə gedirsə nədən istifadə etməlidir? Yaxud rayonlarda fəaliyyət göstərən təhsil sektorları var. 70 məntəqəsi olan bir rayonun təhsil sektorunda 3-4 nəfərlik ştat saxlayıblar. Bu mütəxəssislər bu qədər məktəbi əhatə edə bilərlər? Təhsilin səviyyəsinin yüksəldilməsi ilə bağlı müəyyən tapşırıqları verə bilərlərr? Yerlərə gedə bilərlərr? Mümkün deyil. Sektor müdirinin maşını yoxdur, sürücüsü yoxdur. Hətta oradakı gözətçi də, xadimə ştatları da ləğv olunub. Bu məktəbləri, bağçaları, bağları kim qorumalıdır? Kim yaşatmalıdır? Ya bu otaqları kim təmizləməlidir?”

“Elə nazir var bir neçə müşavir götürüb, elə komitə sədri var özünə ayrı-ayrı köməkçilər, məsləhətçilər, nələr-nələr götürüb yüksək əməkhaqqı verirlər. Amma yerlərdə, məktəblərdə bu texniki ştatlarının ləğv olunması, müəyyən sayda azaldılması heç də yerinə deyil”- qeyd edən deputat bu qədər vəzifənin lazım olmadığını qeyd edib.

Bu gün ölkə rəhbəri qarşıya bir vəzifə qoyur ki, kənddən insanlar şəhərə axın etməsin, rayonlarda yaxşı şərait yaradılsın. Yerlərdə iş yeri açılsın, adamlar məşğul olsun. Ancaq kitabxanalar, klublar, mədəniyyət evləri, oralarda olan ştatlar, əksəriyyəti ləğv olunub, yoxdur:

“Bu adamlar, bu insanlar sözsüz ki, işsiz qalıb, ailəsinə baxa bilməyib. Nəticədə ali, orta ixtisas təhsilli insanlar məcbur olub şəhərə üst tutur. Buna görə də gərək bu barədə ciddi fikirləşilsin. Ləğv elədikləri ştatda çalışanlar da bir o qədər yüksək əmək haqqı da almırlar. Ancaq burada müşavirlər, köməkçilər, məsləhətçilər var, – onlar həmin işçilərdən beş dəfə artıq əməkhaqqı alırlar və fəaliyyətləri də göz qabağında deyil. Amma məktəbin bağbanı, gözətçisi, məktəbdə abadlıq işləri görür, təmizliyə riayət edir, konkret işlər görür”.

Tahir Rzayev qeyd edib ki, ştatlar ixtisar olunarkən mütləq reallıqlar nəzərə alınmalıdır:

“150 min əhalisi olan rayonun aqrar inkişaf mərkəzində də eyni ştat olsun, əhalisi və ərazisi ondan iki dəfə az olan rayonda da eyni ştat olsun – bu nə qədər doğrudur? Bu hansı qaydaya, hansı əsaslara söykənərək belə ştatlar tərtib olunub və ya fəaliyyət göstərir?”

“Büdcəyə qənaət, büdcənin qorunması hər bir vətəndaşın, hər bir vəzifəli şəxsin borcudur. Ancaq sırf qənaət məqsədilə insanları işdən azad etmək, ixtisara salmaq mənə görə düzgün deyil” – deyə o bildirib.

Oxşarxəbərlər

Xameneidən rəhbər şəxslərə yeni tapşırıq
Gündəm

Xameneidən rəhbər şəxslərə yeni tapşırıq

16/03/2026 20:01
53
Bayram şirniyyatları BAHALAŞDI
Gündəm

Bayram şirniyyatları BAHALAŞDI

16/03/2026 19:39
58
Dünyanın ən güclü tank qüvvələri… – Siyahıda Azərbaycan da var – FOTO
Gündəm

Dünyanın ən güclü tank qüvvələri… – Siyahıda Azərbaycan da var – FOTO

16/03/2026 16:41
56
Musiqili teatrda SKANDAL – Səhnə sevgililərə icarəyə verilib – VİDEO
Gündəm

Musiqili teatrda SKANDAL – Səhnə sevgililərə icarəyə verilib – VİDEO

16/03/2026 12:09
56
Avropa Şurasından Ramil Səfərovla bağlı çağırış
Gündəm

Avropa Şurasından Ramil Səfərovla bağlı çağırış

16/03/2026 11:56
56
İranın “görünməz” rəhbərinin ilk müraciəti – VİDEO
Gündəm

İranın “görünməz” rəhbərinin ilk müraciəti – VİDEO

13/03/2026 20:15
54

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra öldü

Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra öldü

16/03/2026 20:55
56
Yaşı 50-dən çox olanların NƏZƏRİNƏ

Yaşı 50-dən çox olanların NƏZƏRİNƏ

16/03/2026 20:34
55
Məktəblərdə 11 gün dərs olmayacaq

Məktəblərdə 11 gün dərs olmayacaq

16/03/2026 20:15
54
Xameneidən rəhbər şəxslərə yeni tapşırıq

Xameneidən rəhbər şəxslərə yeni tapşırıq

16/03/2026 20:01
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

09/03/2026 08:27
71

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

09/03/2026 07:04
74

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

06/03/2026 09:24
82

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

06/03/2026 06:39
62

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.