ABŞ ordusu beynəlxalq sularda narkotik kartelləri tərəfindən istifadə edildiyi iddia olunan üç gəmiyə zərbələr endirib.
Gündəm24.az xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb.
“Kəşfiyyat gəmilərin Şərqi Sakit okeanda məlum narkotik qaçaqmalçılığı marşrutu ilə hərəkət etdiyini və narkotik vasitələri daşıdığını təsdiqləyib. Hücum nəticəsində 3 nəfər həlak olub”, – komandanlığın bəyanatında deyilir.













