“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” sədrinin müşaviri vəzifəsindən azad edilib.
Gündəm24.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Əfqan Cəlilovun müvafiq əmri ilə Məhəmməd Paşazadə sədrin müşaviri vəzifəsindən azad edilib.
Onunla bağlı qərar bir neçə gün bundan əvvəl verilib.
Qeyd edək ki, Məhəmməd Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin (Şeyxin) oğlu, Milli Məclisin deputatı Cavanşir Paşazadənin qardaşı oğludur.
Məhəmməd Paşazadə














