“Nəhayət, Nikol Paşinyan ən sonuncusu 2019-cu ilə aid olan Qarabağ danışıqları sənədlərini yaydı. Sonra həmin sənədləri izah edən imzasız “aydınlıq” dərc etdirdi”.
Gündəm24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni siyasi şərhçi Armine Ohanyan yazıb.
O bildirib ki, Paşinyanın iddiasına görə, Ermənistan 2016-cı ildə danışıqlar masasında sahib olduğu son üstünlüyü də itirib:
“Paşinyanın Şuşa ilə bağlı açıqlaması yadıma düşür. O, müharibədən sonra deyirdi: Azərbaycanlılar müharibədən əvvəl Şuşanı istəyirdilər. Əgər Şuşanı versəydik, azərbaycanlı qaçqınlar qayıdıb orada yaşasaydılar, nə fərqi olacaqdı?
İndi Paşinyan bizi inandırmağa çalışır ki, “artsax”da (keçmiş qondarma rejim – red.) referendum və statusla bağlı müzakirələr aparılsaydı, ermənilər Ermənistana mühacirət edəcəkdilər. O, bizi inandırmağa çalışır ki, 2016-cı ildə (Aprel döyüşlərindən sonra – red.) danışıqlar prosesi 1991-ci il səviyyəsinə qayıdıb: həmin illərdə isə yalnız Qarabağın Azərbaycanın tərkibində muxtariyyət məsələsi müzakirə olunub – başqa heç nə!”
A.Ohanyan “Paşinyanın dərc etdirdiyi” izahdan bir hissəni paylaşıb:
“Budur: “Danışıqların əsas predmeti ondan ibarət idi ki, Qarabağı ətrafındakı 7 rayon paket və ya mərhələli şəkildə Azərbaycana qaytarılmalı, Qarabağın statusu ilə bağlı danışıqlar yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində aparılmalıdır”.
Deyək ki, siz (Paşinyan) tamamilə haqlısınız. İndi biz istəyirik ki, “artsax”, heç olmasa, Azərbaycanın tərkibində muxtariyyət qazansın. Bunu təmin edə bilərsinizmi?”













