Bazar ertəsi, Oktyabr 12, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Araikgilin işi BMT tribunasında – Bakı DİRSƏK göstərdi

30/09/2026 11:48
Gündəm
791 42
Araikgilin işi BMT tribunasında – Bakı DİRSƏK göstərdi
689
Paylaşım sayı
957
Baxış sayı

Ermənistanla Azərbaycan münasibətlərində bir neçə min itkin düşmüş şəxsin taleyinə aydınlıq gətirilməsi məsələsi hələ də həllini gözləyir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 24-də Nyu-Yorkda, BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışında bildirib.

Erməni faşizminə qurulan “Nyurnberg məhkəməsi”

O, bu məsələ üzrə Azərbaycanla əməkdaşlığa dair razılıq əldə olunduğunu deyib. “Ermənistan mina təmizlənməsi məsələsində Azərbaycanla əməkdaşlığı davam etdirməyə və dərinləşdirməyə hazırdır. Təbii ki, Ermənistan cəmiyyəti münaqişə nəticəsində Azərbaycanda saxlanılan ermənilərin geri qayıtmasını gözləyir”, – o vurğulayıb.

Hazırda Azərbaycanda 19 erməni saxlanılır. Onlara terrorçuluq, insanlığa qarşı cinayətlərdə təqsirli bilinərək uzunmüddətli həbsə məhkum edilib. 1990-cı illərin əvvəllərində başlayan Qarabağ münaqişə nəticəsində itkin düşənlərə gəlincə, Paşinyan çıxışında dəqiq say göstərməsə də, Ermənistan Xarici İşlər Nazirliyi (XİN) bu rəqəmin 1008 olduğunu açıqlayıb. Amma baş nazirin BMT tribunasında həbsdə olan cinayətkar ermənilərin məsələsini qaldırması iki cür izah olunur: Paşinyan həm daxili auditoriyaya oynayıb, həm də beynəlxalq aləmin diqqətini cəlb etmək istəyib. Düzdür, onları erməni daşnak-revanşist qüvvələrin dediyi kimi, “siyasi girov”, “hərbi əsir” adlandırmayıb, amma məsələni işğal olunmuş ərazilərimizin azad olunması ilə bağlı zamanında 4 qətnamə qəbul etmiş BMT-də dilə gətirmək ikrah hissi doğurur.

Paşinyan Araik və digər canilərin həbsini BMT-də qabartmaqla nə demək istədi? Bu, Bakı ilə sülh prosesinə necə təsir edəcək?

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi  partiyasıdır - AZƏRTAC

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, Paşinyan BMT tribunasında erməni məhkumları qeyd etməyə məcbur idi: “Çünki daxili auditoriyanı nəzərə alıb. Əgər bu məsələni vurğulamasaydı, cəmiyyət onu qınayacaqdı ki, niyə bu barədə danışmayıb. Ona görə Azərbaycan bu çıxışı formal kimi qəbul edir. Lakin onların həbsinin hansı platformada dilə gətirilməsinə baxmayaraq, məhkəmənin qərarı dəyişməyəcək. Bu cinayətkarlar günahsız azərbaycanlıların qətlində iştirak edib. Hətta Avropa Məhkəməsi də onların xeyrinə qərar çıxarsa, icra olunmayacaq. Çünki Azərbaycan Avropa Məhkəməsinə yeni seçilən hakimlərlə bağlı rəy verilməsində iştirak etməyib. Və biz AŞPA-dakı fəaliyyətimizi dondurduğumuza görə Avropa Məhkəməsinin qərarlarını yerinə yetirmirik”.

Hüquq müdafiəçisi qeyd edib ki, erməni məhkumların azad olunması nəzərdə tutulmayıb və belə bir qərarın nə vaxtsa veriləcəyi gözlənilmir: “Bu məsələ cənab prezidentin səlahiyyətindədir. Amma güman etmirəm ki, onlar əfv olunacaqlar. Üstəlik, Ermənistanla sülh müqaviləsi imzalanmayıb və belə bir şəraitdə onların ekstradisiyası da gündəmdə deyil. O baxımdan, istər Paşinyan BMT-də çıxış etsin, istərsə digər tribunalarda, toplantılarda məsələ qaldırılsın, bunun hər hansı nəticəsi olmayacaq. Azərbaycan həm beynəxalq, həm yerli qanunlara uyğun olaraq, hərbi caniləri mühakimə edib, obyektiv istintaq və məhkəmə aparılıb, onlara layiqli cəza verilib. Sadəcə, erməni tərəfi məsələni siyasiləşdirmək məqsədi ilə hər fürsətdə onların həbsini gündəmə gətirir. Amma heç bir dövlətin rəsmi çağırışı yoxdur ki, onları azadlığa buraxın. Azərbaycana qarşı bu tələbi irəli sürə bilməzlər və heç bir dövlət də bunu etməz. Axı onlar kimdir ki? Hər biri terrorçu, xunta rejiminin rəhbərləri, separatçı, uzun illər himayə olunmuş hərbi canilər… Bu adamları Qərb təşkilatlarında, Konqresdə, Avropa Parlamentində müdafiə edən bəzi qüvvələr isə həm öz dəyərlərinə tüpürür, həm də siyasi sifariş yerinə yetirirlər. Azərbaycan isə belə çağırışlara əsla əhəmiyyət vermir”.

Oxşarxəbərlər

Paltaryuyanın Qapağını Açıq Saxlayanlara XƏBƏRDARLIQ
Gündəm

Paltaryuyanın Qapağını Açıq Saxlayanlara XƏBƏRDARLIQ

11/10/2026 15:03
970
Hicabla bağlı təxribat xarakterli paylaşımlara DİQQƏT
Gündəm

Hicabla bağlı təxribat xarakterli paylaşımlara DİQQƏT

10/10/2026 21:51
987
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Gündəm

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

10/10/2026 17:56
1k
Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq məşhur xanəndənin oğludur
Gündəm

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq məşhur xanəndənin oğludur

10/10/2026 10:04
994
Bu 3 BÜRCÜN PUL BƏXTİ AÇILACAQ
Gündəm

Bu 3 BÜRCÜN PUL BƏXTİ AÇILACAQ

10/10/2026 01:50
1k
Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama
Gündəm

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

09/10/2026 18:15
959

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu Avtomobilləri İdarə Edənlərə ŞAD XƏBƏR: Bəxtiniz Gətirdi!

Bu Avtomobilləri İdarə Edənlərə ŞAD XƏBƏR: Bəxtiniz Gətirdi!

11/10/2026 15:42
975
Paltaryuyanın Qapağını Açıq Saxlayanlara XƏBƏRDARLIQ

Paltaryuyanın Qapağını Açıq Saxlayanlara XƏBƏRDARLIQ

11/10/2026 15:03
970
Putin Təzyiq Altındadır: Ən Güclü KOZİRİNİ İşə Saldı — Yakovina

Putin Təzyiq Altındadır: Ən Güclü KOZİRİNİ İşə Saldı — Yakovina

11/10/2026 12:29
982
Beyləqanda İNANILMAZ FACİƏ: Qəzadan Sağ Çıxdı, TOK VURUB ÖLDÜRDÜ

Beyləqanda İNANILMAZ FACİƏ: Qəzadan Sağ Çıxdı, TOK VURUB ÖLDÜRDÜ

11/10/2026 11:45
974

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

10/10/2026 08:47
988

PAŞİNYAN BAKIYA GƏLƏCƏK?-politoloqdan SON DƏQİQƏ açıqlaması

PAŞİNYAN BAKIYA GƏLƏCƏK?-politoloqdan SON DƏQİQƏ açıqlaması

09/10/2026 17:35
991

Qərbi Azərbaycan: Xoşkotan kəndi

Qərbi Azərbaycan: Xoşkotan kəndi

09/10/2026 08:25
982

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

08/10/2026 15:25
974

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.