Bazar ertəsi, Yanvar 19, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycanda bu lampalar qadağan olunur – Rəsmi

05/01/2026
Gündəm
45 0
Azərbaycanda bu lampalar qadağan olunur – Rəsmi
57
Baxış sayı

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna edilmiş dəyişikliklərə uyğun olaraq, Azərbaycanda enerji səmərəliliyinin artırılması məqsədilə közərmə lampaları mərhələli şəkildə dövriyyədən çıxarılır.

Gündəm24.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Qanuna əsasən, 1 yanvar 2026-cı ildən etibarən 60 vatt və yuxarı gücə malik, 1 iyul 2026-cı ildən isə 25 vattdan (25 vatt daxil olmaqla) 60 vattadək gücə malik közərmə lampalarının istehsalı, idxalı və satışı qadağan olunur. Qadağa sənaye istehsalı proseslərində istifadə olunan, eləcə də sənaye avadanlıqlarında işıqlandırmadan başqa texnoloji funksiyalar üçün nəzərdə tutulan közərmə lampalarına şamil edilmir.

Aparılan hesablamalar göstərir ki, LED lampalar közərmə lampaları ilə müqayisədə həm enerji istehlakı, həm də iqtisadi baxımdan əhəmiyyətli üstünlüklərə malikdir. Məsələn, 15 min saat (7 il) istismar müddətinə malik 1 ədəd LED lampası 17 ədəd 1 000 saatlıq közərmə lampasını əvəz edir. Eyni işıq axınının təmin olunması üçün 60 Vt gücündə közərmə lampasına qarşılıq cəmi 7 Vt gücündə LED lampası kifayət edir. Nəticədə LED lampasının ümumi işıqlandırma xərci 14,4 AZN təşkil etdiyi halda, közərmə lampalarında bu göstərici 82,2 AZN-ə çatır.

Hesablamalara əsasən, 1 milyon ədəd 60 Vt gücündə közərmə lampasının 1 il ərzində istifadəsi 131,4 milyon kVt·saat elektrik enerjisi istehlakına, bu enerjinin istehsalı üçün isə 29,1 milyon kubmetr təbii qaz sərfinə səbəb olur və nəticədə 63,6 min ton karbon emissiyası yaranır. Eyni sayda LED lampaya keçid zamanı isə elektrik enerjisi istehlakı, yanacaq sərfi və karbon emissiyası 8,6 dəfə azalır. Hazırda mövcud 2,7 milyon məişət abunəçisinin 50 faizinin közərmə lampalarından imtina edərək LED lampalara keçdiyi halda, gündəlik işıqlandırma məqsədilə elektrik enerjisi istehlakı 4,86 milyon kVt·saatdan 567 min kVt·saata enə bilər.

Həmçinin LED lampalar aşağı pulsasiya səviyyəsi (1%) ilə göz sağlamlığı üçün daha təhlükəsiz hesab olunur. Közərmə lampalarında bu göstərici 13 faizdir. Bundan əlavə, LED lampalar civə və digər toksik maddələr ehtiva etmir, az istilik yayır, uzun istismar müddətinə malikdir və gərginlik dalğalanmalarına qarşı daha dayanıqlıdır.

Közərmə lampalarının mərhələli şəkildə dövriyyədən çıxarılması və LED texnologiyalarına keçid ölkəmizdə enerji səmərəliliyinin artırılmasına, istehlakçı xərclərinin azaldılmasına, ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsinə və dayanıqlı enerji istehlakı mədəniyyətinin formalaşmasına xidmət edir. Odur ki, vətəndaşların və təsərrüfat subyektlərinin enerji səmərəli işıqlandırma həllərinə üstünlük vermələri tövsiyə olunur.

Oxşarxəbərlər

Bakıda yeni yollar salınır: məsafə qısalacaq – Video
Gündəm

Bakıda yeni yollar salınır: məsafə qısalacaq – Video

18/01/2026
63
Növbəti iki gündə külək güclənəcək – Xəbərdarlıq
Gündəm

Növbəti iki gündə külək güclənəcək – Xəbərdarlıq

17/01/2026
72
Estetik əməliyyat etdirən qadının nitqində problem yarandı – VİDEO
Gündəm

Estetik əməliyyat etdirən qadının nitqində problem yarandı – VİDEO

17/01/2026
67
Xaçatryan və üç erməni məhbus buna görə qaytarılıb – Saakyan
Gündəm

Xaçatryan və üç erməni məhbus buna görə qaytarılıb – Saakyan

17/01/2026
62
Məzuniyyətlər birləşdiriləcək – Yenilik
Gündəm

Məzuniyyətlər birləşdiriləcək – Yenilik

17/01/2026
65
Kadırovun qəzaya düşən oğlu təyyarə ilə Moskvaya aparılır
Gündəm

Kadırovun qəzaya düşən oğlu təyyarə ilə Moskvaya aparılır

17/01/2026
87

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bakının mərkəzində dönərxana yanır

Bakının mərkəzində dönərxana yanır

18/01/2026
66
Bakıda yeni yollar salınır: məsafə qısalacaq – Video

Bakıda yeni yollar salınır: məsafə qısalacaq – Video

18/01/2026
63
Orban Trampın təklifini qəbul etdi: “Mənim üçün şərəfdir”

Orban Trampın təklifini qəbul etdi: “Mənim üçün şərəfdir”

18/01/2026
57
İranlı diplomat İsveçrədən sığınacaq istədi

İranlı diplomat İsveçrədən sığınacaq istədi

18/01/2026
61

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Ekspert proqnozu: Ukraynada gələn il sülhün təmin olunması çətin görünür

Ekspert proqnozu: Ukraynada gələn il sülhün təmin olunması çətin görünür

17/01/2026
82

Ərdoğan: Onlayn mərc və qumar oyunlarına qarşı strategiya uğurla icra olunur

Ərdoğan: Onlayn mərc və qumar oyunlarına qarşı strategiya uğurla icra olunur

17/01/2026
82

Beynəlxalq sülh addımı: Tramp Ərdoğanı Qəzza Şurasına dəvət edib

Beynəlxalq sülh addımı: Tramp Ərdoğanı Qəzza Şurasına dəvət edib

17/01/2026
68

Misir və Sudan Trampın vasitəçilik təşəbbüsünə rəsmi reaksiya göstərdi

Misir və Sudan Trampın vasitəçilik təşəbbüsünə rəsmi reaksiya göstərdi

17/01/2026
78

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In