Ötən il plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkimlərin siyahısı dərc olundu. Hazırlanan ilk siyahı ötən ilin aprelin 17-nə olan məlumatları özündə əks etdirir. Səhiyyə Nazirliyindən bildirilmişdi ki, tibb mütəxəssislərinin plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verən yeni hüquqi əsaslar olduğu halda sözügedən siyahı mütəmadi yenilənəcək.
Maraqlıdır, indiyədək siyahıda dəyişiklik edilibmi?
Gündəm24.az-ın xəbərinə görə, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, siyahıda yenilənmə olduqda nazirliyin rəsmi saytına yerləşdiriləcək.
“Xaricdə təhsilini başa vurub qayıdanların, eləcə də rezidenturanı bitirənlərin sertifikatı təsdiqlənərsə siyahıya əlavələr ediləcək”, – nazirlikdən bildirilib.
Qeyd edək ki, siyahıda hazırda Azərbaycanda plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən 42 həkim-mütəxəssisin adı var.














