Çərşənbə, Fevral 25, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycanda tanınmış şəxsin qızının ailəsində dəhşətli qətl – FOTOLAR

04/12/2025 15:45
Gündəm
42 1
Azərbaycanda tanınmış şəxsin qızının ailəsində dəhşətli qətl – FOTOLAR
54
Baxış sayı

Yeniyetmə oğlunun atasını öldürdüyünü istintaqdan gizlədən ana cinayət məsuliyyətinə cəlb edilib.

Gündəm24.az  bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 39 yaşlı Mətanət Hüseynova xüsusilə ağır cinayəti bilib gizlətmə ittihamı ilə hakim qarşısına çıxarılıb.

Bu hadisə elə ötən ilin bu ayı baş verib. Mətanət Hüseynova 41 yaşlı əri Röyal Hüseynovun qətlindən sonra 2 günə yaxın şübhəli şəxs kimi saxlanılıb, hadisənin 15 yaşlı oğlu tərəfindən törədildiyi ortaya çıxandan sonra isə sərbəst buraxılıb. Yeniyetmə istintaqın sonunda atasının ölümünə görə 10 il azadlıqdan məhrum edilib.

Mətanət məhkəmədə oğlunun onun yanında törətdiyi tükürpədici cinayət hadisəsinin necə baş verməsindən danışıb.

Bu epizod həddən artıq ağır olduğu üçün yeniyetmə oğlun atasını necə öldürməsi barədə qadının dediklərini tam təqdim edə bilmirik.

Qadının sözlərinə görə, hadisə baş verən vaxta kimi əri və 2 övladı ilə birgə Salyanın Yeni Uluxanlı kəndindəki fermada yaşayıb, çobanlıqla məşğul olublar.

Azərbaycanda tanınmış şəxsin qızının ailəsində dəhşətli qətl - FOTOLAR

Son illərdə isə əri pis vərdişlərə qurşandığı üçün ona əzab verib: “Röyal sonuncu dəfə qoyunları yaxşı ayıra bilmədiyimə görə məni təpik-yumruqla döyüb yerə yıxdı. Bununla da hirsi soyumayaraq kürəyimə təpik vurdu. Həmin gün anama zəng edib dedim ki, gəlib məni aparın. Amma mənə sahib çıxmadılar. Hətta bir ara fikirləşdim ki, Röyaldan canımı qurtarmaq üçün narkotik istifadə etdiyi barədə polisə məlumat verim. Fikirləşirdim ki, buna görə onu tutarlar, rahatlaşarıq. Oğlum sonuncu dəfə Röyalın məni bərk döydüyünü gördüyü üçün “Ana, narahat olma, səni onun əlindən qurtaracağam” demişdi. Amma dediyini edəcəyi heç ağlıma gəlməzdi…”

Mətanət hakimə deyib ki, cinayət baş verən günü də əri onu bərk döyüb. Həmin vaxt artıq səbir edə bilməyən oğlu evdəki ov tüfəngini götürərək atasını güllələyib: “Oğlumun belə bir şey edəcəyini düşünməzdim. Həmin an nə edəcəyimizi bilmədik. Ən birinci digər otaqda yatan azyaşlı qızımın hadisədən xəbər tutmamasına çalışdıq. Onu otaqdan çölə çıxmağa qoymadıq. Bundan sonra nə edəcəyimizi düşündük. Oğlum hələ uşaq idi, qətl törətdiyini deyə bilməzdim. Belə olan halda meyiti yox etməli idik. Ətrafda kameralar olduğu üçün meyiti bir neçə hissəyə ayırıb torbada aparmalı idik. Elə belə də etdik. Oğlum əvvəlcə bıçaqla meyitin ayaqlarını kəsdi. Sonra isə balta ilə bir neçə yerə ayırdı. Başını kəsmək istəyəndə isə onu saxladım.

Azərbaycanda tanınmış şəxsin qızının ailəsində dəhşətli qətl - FOTOLAR

Bundan sonra meyiti “meşok”a yığdıq, atın belinə qoyub aparıb kənddən kənardakı kollektora atdıq. Evə qayıdan kimi isə əvvəlcə tüfəngi odun sobasına atıb böyük hissəsini yandırdım, sonra da DİN-in 102-qaynar xəttinə zəng edib ərimin itkin düşdüyünü dedim. Amma bir neçə gün sonra polisdə bizə qarşı şübhələr yarandı. Əvvəlcə məni saxladılar, iki gün sonra isə oğlum etiraf etdi, onu həbs etdilər. 5 ay əvvəl də oğluma 10 il iş verdilər. Kaş ki bu hadisələr olmazdı. Hər şeyə görə peşmanam”.

Atasını öldürən yeniyetmə də anasının məhkəməsində şahid kimi ifadə verib. O da hər şeyi olduğu kimi danışıb.

Məhkəmə yekunda Mətanət Hüseynovanı ağır cinayətdən xəbərdar olub gizlətməkdə təqsirli bilib.

Qanun deyir ki, bu cinayətdə təqsirli bilinən şəxs 2 ildən 5 ilə qədər azadlıqdan məhrum edilməlidir. Lakin hakim Vəsilə Əliyeva həmcinsini həbslə cəzalandırmağı ədalətli hesab etməyib. Təqsirləndirilən şəxsin hazırda himayəsində iki azyaşlı övladının olması, yeniyetmə oğlunun isə məhkum edilməsi yumşaldıcı hallar hesab edilib. Hakim hökmündə qeyd edib ki, ana həbs edilərsə, o və ailəsi əlavə məhrumiyyətlərə məruz qala bilər. Bu səbəbdən şərti məhkum edilməsi tam ədalətli və humanist olar, həmçinin islah edilməsi üçün kifayət edər. Yekun olaraq Mətanətə 2 illik şərti cəza verilib.

Məlumat üçün bildirək ki, təqsirləndirilən qadın Neftçala Rayon Xəstəxanasının cərrahı, bölgədə tanınmış həkim Fədail Salmanovun qızıdır. Hadisə vaxtı həkim qızını 15 ildir görmədiyini, arxasıyca getmək fikrinin də olmadığını açıqlamışdı.

Oxşarxəbərlər

Azərbaycanda 300-dən çox şəxsə qeyri-adi qadağa qoyuldu
Gündəm

Azərbaycanda 300-dən çox şəxsə qeyri-adi qadağa qoyuldu

25/02/2026 15:32
51
Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı
Gündəm

Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı

25/02/2026 15:03
51
Allahşükür Paşazadənin oğlu vəzifəsindən azad edildi – FOTO
Gündəm

Allahşükür Paşazadənin oğlu vəzifəsindən azad edildi – FOTO

25/02/2026 14:35
53
Nigar Rüfət həkim-kosmetoloq işləyə bilməzmiş…
Gündəm

Nigar Rüfət həkim-kosmetoloq işləyə bilməzmiş…

25/02/2026 13:54
52
AMEA-da “gərgin” iclas… – FOTOLAR
Gündəm

AMEA-da “gərgin” iclas… – FOTOLAR

25/02/2026 12:56
52
Su sayğacları dəyişdirilir – Rəsmi
Gündəm

Su sayğacları dəyişdirilir – Rəsmi

25/02/2026 12:05
54

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza…

Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza…

25/02/2026 15:49
54
Azərbaycanda 300-dən çox şəxsə qeyri-adi qadağa qoyuldu

Azərbaycanda 300-dən çox şəxsə qeyri-adi qadağa qoyuldu

25/02/2026 15:32
51
Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı

Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı

25/02/2026 15:03
51
Sahil Babayev düyməyə basdı: tarix verildi – Böyük əməliyyat başlayır

Sahil Babayev düyməyə basdı: tarix verildi – Böyük əməliyyat başlayır

25/02/2026 15:00
51

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Pekin ABŞ-a səsləndi – Moskva ilə sabitlik danışıqları yenidən başlasın

Pekin ABŞ-a səsləndi – Moskva ilə sabitlik danışıqları yenidən başlasın

24/02/2026 16:16
55

Moskva sərt danışdı – Nüvə silahı halında Avropaya zərbə iddiası

Moskva sərt danışdı – Nüvə silahı halında Avropaya zərbə iddiası

24/02/2026 15:59
53

Qəzzada yeni mərhələ – beynəlxalq qüvvələrin yerləşdirilməsi planlaşdırılır

Qəzzada yeni mərhələ – beynəlxalq qüvvələrin yerləşdirilməsi planlaşdırılır

24/02/2026 15:58
52

Şərqi Asiyada gərginlik artır – Yaponiya Tayvan yaxınlığında mövqelənir

Şərqi Asiyada gərginlik artır – Yaponiya Tayvan yaxınlığında mövqelənir

24/02/2026 15:45
53

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.