“Xalqlar arasında dialoqun olmaması həm Azərbaycan, həm də Ermənistanda insanların dəyişmədiyini düşünməsinə səbəb olur. Ermənilər hesab edirlər ki, Azərbaycanın ritorikası dəyişmir, azərbaycanlılar isə ermənilərin yanaşmasının eyni qaldığını düşünürlər”.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O, Ermənistan vətəndaş cəmiyyətindən bir qrup nümayəndənin Bakıya səfərinə münasibət bildirərək deyib ki, dialoq məhz tərəflərin ritorikasında dəyişiklik üçün lazımdır:
“37 illik münaqişə 5 mütəxəssisin bir görüşü ilə dəyişə bilməz. Məsələ ondadır ki, biz həqiqətən dəyişiklik istəyirik, ya yox? Nəsə dəyişməsi üçün proses olmalıdır”.











