Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin xanım tələbələri şantaj olunur.
Gündəm24.az milli.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Tələbələrin fotoları onların “TikTok” profillərindən götürülərək əxlaqsız formada montaj edilib və saxta hesab vasitəsilə paylaşılıb.
İddialara görə, həmin paylaşımları təxminən 20-25 yaşlarında bir kişi edib. Tələbələr həmin videoların silinməsi üçün pul təklif etdikdə isə, söyləyib ki, o, bunları pul üçün etməyib. Özü hüquq fakültəsinə qəbul olmaq istəyib, amma balı çatmayıb. Məhz buna görə də hüquq tələbələrinə qarşı qərəzi olub.













