Orta Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin konsulluq şöbəsi martın 10-dan 13-dək müvəqqəti fəaliyyət göstərməyəcək.
Gündəm24.az xəbər verir ki, bu barədə səfirliyin yaydığı məlumatda bildirilib.
Bildirilir ki, martın 9-u Azərbaycanda qeyri-iş günü elan edildiyi üçün həmin gün səfirlikdə də qeyri-iş günü olacaq.
Qeyd edək ki, bununla da ABŞ-İsrailin İrana zərbələr endirməsindən sonra Yaponiya səfirliyi ölkəmizdə fəaliyyətini ikinci dəfə müvəqqəti dayandırır.













