ABŞ-nin Ostin şəhərinin (Texas ştatı) mərkəzində baş verən atışma nəticəsində üç nəfər ölüb, azı 17 nəfər yaralanıb. Ölənlərin sayının arta biləcəyi istisna edilmir.
Gündəm24.az “Austin American-Statesman” qəzetinə istinadən xəbər verir ki, atışma səhər saatlarında “West Sixth Street” və “Nueces Street” küçələrinin kəsişməsində başlayıb. Ostin polisi şübhəlinin yerli hüquq-mühafizə orqanının əməkdaşı tərəfindən zərərsizləşdirildiyini təsdiqləyib.

















