Dövlət Statistika Komitəsinin (DSK) Rejim və məxfi kargüzarlıq şöbəsinin müdiri Sədi Məmmədov vəzifəsindən azad edilib.
Gündəm24.az-ın məlumatına görə, bununla bağlı DSK sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb.
Məlumata görə, o, dövlət qulluğunda olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə yola salınıb.
Hələlik sözügedən şöbəyə müdir vəzifəsinə təyinat olmayıb.
Qeyd edək ki, S.Məmmədov uzun illərdir DSK-da çalışırdı. (İqtisadiyyat.az)














