Şənbə, Aprel 11, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Erməni revanşistlər HƏRƏKƏTƏ KEÇDİ – Xankəndi ilə bağlı…

11/04/2026 06:44
Gündəm
48 1
Erməni revanşistlər HƏRƏKƏTƏ KEÇDİ – Xankəndi ilə bağlı…
62
Baxış sayı

Xankəndi və ətraf ərazilərdə Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı quruculuq və bərpa işləri fonunda erməni revanşist qüvvələrinin yenidən fəallaşması və dezinformasiya kampaniyasına başlaması diqqətdən yayınmır.

İşğal dövründən qalan qanunsuz tikililərin sökülməsini və şəhərsalma qaydalarının bərpa olunmasını “mədəni soyqırım” kimi qələmə verməyə çalışan bu dairələr, əslində öz siyasi ambisiyalarını reallaşdırmaq üçün köhnə və çürümüş metodlara əl atırlar. Xüsusilə “Analıq” heykəli ətrafında qoparılan süni hay-küy, Ermənistanda yaxınlaşan seçkilər ərəfəsində Robert Köçəryan və Samvel Karapetyan kimi fiqurların tərəfdarları tərəfindən idarə olunan siyasi manipulyasiyadan başqa bir şey deyil. 2023-cü il razılaşmalarını heçə sayaraq hələ də qondarma strukturları yaşatmağa çalışan revanşist bloklar, sosial şəbəkələr vasitəsilə beynəlxalq rəyi çaşdırmağa və bölgədəki yeni reallıqlara kölgə salmağa cəhd edirlər. Lakin Azərbaycanın həm döyüş meydanında, həm də diplomatiya masasında qazandığı qətiyyətli qələbə bu cür cılız təxribatların heç bir real zəmin formalaşdıra bilməyəcəyini təsdiqləyir.

Məsələ ilə bağlı NOCOMMENT.az–a siyasi şərhçi Samir Əsədli açıqlama verərək bildirib ki, Xankəndi ətrafındakı proseslər tamamilə hüquqi müstəvidə tənzimlənir: “Azərbaycan öz suveren ərazilərində şəhərsalma normalarını tətbiq edir və işğal dövründə qanunsuz yollarla, memarlıq qaydalarına zidd inşa edilmiş obyektlərin sökülməsi təbii bir prosesdir. Revanşistlərin bunu ‘mədəni irs’ adı altında təqdim etməsi gülüncdür, çünki həmin ərazilərdə əsl mədəni irs məhz işğalçılar tərəfindən 30 il ərzində məhv edilib. Köçəryan və Karapetyan qruplaşması bu mövzudan istifadə edərək Ermənistan daxilində itirdikləri nüfuzu bərpa etmək və seçki öncəsi elektoratı qızışdırmaq məqsədi güdürlər”.

Onun sözlərinə görə, Ermənistandakı qüvvələrin 2023-cü il razılaşmalarına zidd fəaliyyəti İrəvanın özü üçün ciddi problemlər yarada bilər: “Ermənistan ərazisində keçmiş qondarma rejimin qalıqlarının fəaliyyət göstərməsi və rəsmi Bakıya qarşı ritorikanın sərtləşdirilməsi sülh prosesinə birbaşa zərbədir. Lakin bir şeyi unutmaq olmaz ki, 90-cı illərin hərbi-siyasi mənzərəsi artıq yoxdur. Bu gün Azərbaycan regionun ən güclü ordusuna və sarsılmaz diplomatik mövqeyinə malikdir. Ermənistandakı revanşistlərin ‘yeni müharibə’ xəyalları onların dövlətçiliyinin tamamilə süqutu ilə nəticələnə biləcək bir avantüradır”.

Ekspert qeyd edib ki, bu cür təxribat xarakterli məlumatların yayılması Azərbaycanın strateji hədəflərinə mane ola bilməz: “Qarabağ məsələsi artıq tarixə qovuşub və bu mövzu Azərbaycan üçün qəti şəkildə bağlanıb. Revanşistlərin sosial şəbəkələrdə yaratdığı süni gündəm sadəcə öz daxili auditoriyalarına hesablanmış bir addımdır. Bakı hər zaman olduğu kimi, həm hərbi, həm də hüquqi müstəvidə bütün proseslərə nəzarət edir. Hər hansı bir aqressiya cəhdi olarsa, Ermənistan tərəfi bunun ağır nəticələrinə qatlaşmalı olacaq. Bu səbəbdən İrəvan rəhbərliyi bu qüvvələrin fəaliyyətini cilovlamaqda maraqlı olmalıdır, çünki bu təhlükə Bakıdan çox elə İrəvanın özü üçün böyük fəlakət vəd edir”.

Oxşarxəbərlər

“Məni hər iki şirkətində işlədib, maaşımı vermədi”
Gündəm

“Məni hər iki şirkətində işlədib, maaşımı vermədi”

11/04/2026 13:44
50
Prospektdəki həmin çuxur təmir edildi
Gündəm

Prospektdəki həmin çuxur təmir edildi

11/04/2026 13:38
50
Azərbaycanda tanınmış həkim vəfat etdi – FOTO
Gündəm

Azərbaycanda tanınmış həkim vəfat etdi – FOTO

11/04/2026 13:02
60
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
Gündəm

Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir

11/04/2026 11:24
59
Milli Məclisdə Səkinə Sadıxova müzakirəsi – Hansı şərtlər əsasında xəstəxanaya direktor təyin edilib?
Gündəm

Milli Məclisdə Səkinə Sadıxova müzakirəsi – Hansı şərtlər əsasında xəstəxanaya direktor təyin edilib?

11/04/2026 09:13
65
Putin göstəriş verdi
Gündəm

Putin göstəriş verdi

11/04/2026 08:37
63

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İsrail yenidən Livanın cənubuna zərbələr endirdi

İsrail yenidən Livanın cənubuna zərbələr endirdi

11/04/2026 14:10
50
“Məni hər iki şirkətində işlədib, maaşımı vermədi”

“Məni hər iki şirkətində işlədib, maaşımı vermədi”

11/04/2026 13:44
50
Masazırda qətlə yetirilən qadınların ADLARI BİLİNDİ

Masazırda qətlə yetirilən qadınların ADLARI BİLİNDİ

11/04/2026 13:27
54
Bu qidalardan istifadə edənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ

Bu qidalardan istifadə edənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ

11/04/2026 13:12
61

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
149

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00

121

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

02/04/2026 17:25
133

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In