“Ermənistanın paytaxtı dəyişdirilməlidir”.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “1in” saytı araşdırma dərc edib.
Buna səbəb hazırda İrəvanda mövcud olan hava çirkliliyi göstərilir:
“Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi havanın çirklənməsinin vətəndaşların sağlamlığı üçün risk faktoru daşıdığını bildirir. Qeyd edilir ki, havanın yüksək səviyyədə çirklənməsi, xüsusən tənəffüs, ürək-damar, allergik və s. xəstəliklərin yayılmasını sürətləndirə bilər”.
Sosial şəbəkələrdəki paylaşımlardan aydın olur ki, sözügedən addım Ermənistan ictiamiyyətində birmənalı qarşılanmır. Bir qisim paytaxtın dəyişdirilməli olduğunu, digərilər isə İrəvanın hazırda “beton şəhərə” çevirildiyini, yeni tikinti işlərinin dayandırılması gərəkdiyini vurğulayır.
Bildirilir ki, hava çirkliliyi məhz şəhərin əksər yerlərində tikinti işlərinin aparılması ilə əlaqədardır.











