Şənbə, İyul 11, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Ət və ərzaq bahalaşır, insanların gücü çatmır” — “Bahalaşma davam edəcək?”

21/11/2025 17:19
Gündəm
46 1
“Ət və ərzaq bahalaşır, insanların gücü çatmır” — “Bahalaşma davam edəcək?”
59
Baxış sayı

Azərbaycanın sosial-iqtisadi gündəmində əhalinin alıcılıq qabiliyyəti və ərzaq bazarındakı bahalaşma yenidən müzakirə mövzusuna çevrilib. Milli Məclisin son iclasında deputat Qüdrət Həsənquliyev ölkədə keyfiyyətli ərzaq və ət məhsullarının qiymətlərinin xeyli artdığını bildirib. Onun sözlərinə görə, bahalaşma nəticəsində aztəminatlı ailələrin bu məhsullara çıxışı ciddi şəkildə məhdudlaşıb və əhalinin sosial vəziyyətində yaranan problemlər diqqətdən qaçırılmamalıdır.

Gündəm24.az Azxeber.com-a istinadla xəbər verir ki, iqtisadçı-ekspert Elşən Bağırzadə açıqlamasında bildirib: Azərbaycan Dünya Bankının təsnifatına əsasən orta gəlirli ölkədir

“Azərbaycan Dünya Bankının təsnifatına əsasən orta gəlirli ölkədir. Orta gəlirli ölkədə maddi problemlərin olması, həyat səviyyəsinin yüksək olmaması qeyri-adi bir məsələ deyil. Biz cəmiyyət olaraq, yüksək gəlirli ölkələr sırasına necə daxil ola bilərik – bu haqda düşünməli və çalışmalıyıq. Ona görə də ölkədə kimsə əhalinin rifah halı aşağıdır deyəndə burada nəsə yeni bir fikir yoxdur və bunu demək də qəhrəmanlıq kimi qəbul edilməməlidir. Bütün orta gəlirli ölkələrdə əhali maddi çətinliklər yaşayır və xüsusilə həmin ölkədə gəlir bölgüsü ədalətli deyilsə, bu problemlər daha qabarıq şəkildə ortaya çıxır. Problemin fundamental, köklü səbəbi budur”.

İqtisadçı bildirib ki, biz yüksək gəlirli ölkələr sırasına keçsək, bu problemlərin də önəmli hissəsini həll edə biləcəyik:

“Biz yüksək gəlirli ölkələr sırasına keçsək, bu problemlərin də önəmli hissəsini həll edə biləcəyik. Ərzaq məhsullarının qiymətinin artmasına gəldikdə isə burada iki məsələni ayırd etmək lazımdır. Birincisi, qiymət artımının bir hissəsi qlobal tendensiyalarla əlaqəlidir – enerji və logistika xərclərinin yüksəlişi, idxaldan asılılığımız və regional bazarlardakı dalğalanmalar daxili qiymətləri qaçılmaz şəkildə təsir altında saxlayır. İkincisi isə yerli istehsalın struktur problemləridir. Kənd təsərrüfatında məhsuldarlıq aşağıdır, istehsal dövriyyəsi qeyri-sabitdir, bazarda rəqabət tam formalaşmayıb, bəzi seqmentlərdə inhisarçı davranışlar qiymətə təsir göstərir. Bu faktorlar da aztəminatlı əhalinin daha çox zərər görməsinə səbəb olur”.

Ekspert vurğulayıb ki, istənilən halda bu məsələləri emosional deyil, analitik çərçivədə qiymətləndirmək lazımdır:

“Qiymət artımının həm xarici, həm daxili səbəbləri var və sosial rifahın qorunması üçün iqtisadi siyasətdə daha dəqiq hədəflənmiş yanaşmalar tələb olunur. Bu baxımdan bazar mexanizminin işləməsi qarşısındakı maneələrin aradan qaldırılması, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatda – xüsusilə də kənd təsərrüfatında məhsuldarlığın artımına xidmət edən işlərin intensivləşdirilməsi, gəlir bölgüsünü yaxşılaşdıracaq siyasətlərin tətbiqi çox vacibdir. Bunların bəziləri qısamüddətdə, bəziləri isə orta müddətdə reallaşdırıla biləcək addımlardır. Ancaq istənilən halda qısamüddətli dövrdə hökumət çalışmalıdır ki, aztəminatlı əhali bu iqtisadi proseslərdən daha az təsirlənsin”.

Oxşarxəbərlər

İki qonşuda savaş – sərhədlər BU TARİXƏDƏK açılmayacaq
Gündəm

İki qonşuda savaş – sərhədlər BU TARİXƏDƏK açılmayacaq

11/07/2026 08:49
54
“WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq
Gündəm

“WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq

10/07/2026 22:50
54
“Arzum9999” üçün imza toplanır – Azadlığa buraxılacaq?
Gündəm

“Arzum9999” üçün imza toplanır – Azadlığa buraxılacaq?

09/07/2026 11:45
61
Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH
Gündəm

Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH

03/07/2026 15:49
59
Arzumun rəfiqəsindən ŞOK AÇIQLAMA: “Ətrafındakı məxluqlar onu bu günə qoydu!”
Gündəm

Arzumun rəfiqəsindən ŞOK AÇIQLAMA: “Ətrafındakı məxluqlar onu bu günə qoydu!”

03/07/2026 15:45
57
“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” – Amalın bacısı
Gündəm

“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” – Amalın bacısı

03/07/2026 13:47
60

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Türkiyədə FACİƏ: Sakinlər EVSİZ QALDI

Türkiyədə FACİƏ: Sakinlər EVSİZ QALDI

11/07/2026 10:24
50
Bu ölkədə ağır təyyarə qəzası: ÖLƏNLƏR VAR

Bu ölkədə ağır təyyarə qəzası: ÖLƏNLƏR VAR

11/07/2026 10:05
59
Xameneinin dəfn olunduğu yerin ilk fotosu yayılıb

Xameneinin dəfn olunduğu yerin ilk fotosu yayılıb

11/07/2026 10:00
59
Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

11/07/2026 09:55
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

10/07/2026 09:29
68

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

09/07/2026 09:47
71

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

08/07/2026 10:03
77

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

07/07/2026 13:08
68

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.