Milli Məclisin keçmiş deputatı, Ana Vətən Partiyasının sabiq sədri Fəzail Ağamalı Ramana qəbiristanlığında dəfn edilib.
Gündəm24.az xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, ictimai-siyasi xadimlər iştirak ediblər.








11:57
Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı ilə vida mərasimi başa çatıb.
Gündəm24.az bildirir ki, mərhumun cənazəsi dəfn olunması üçün Sabunçu rayonu Ramana qəbiristanlığına aparılır.

Ötən gün vəfat edən Milli Məclisin sabiq deputatı Fəzail Ağamalı ilə vida mərasimi keçirilir.
Gündəm24.az xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər.
09:23
Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı ilə vida mərasimi bu gün saat 12:00-da Heydər Məscidində keçiriləcək.
Gündəm24.az bildirir ki, bu barədə Oxu.Az-a mərhumun oğlu Elçin Ağamalı məlumat verib.
O bildirib ki, vida mərasimisindən sonra F.Ağamalının nəşi Ramana qəbiristanlığında dəfn olunacaq.


11:47













