Bazar, Fevral 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Formula 1” Bakıda keçirilməyəcək – Emin Ağalarovdan nəhəng layihə

22/02/2026 13:31
Gündəm
38 3
“Formula 1” Bakıda keçirilməyəcək – Emin Ağalarovdan nəhəng layihə
52
Baxış sayı

Formula-1 üzrə Azərbaycan Qran-Prisinin yeri yaxın gələcəkdə dəyişdiriləcək.

Gündəm24.az  Publika.az-a istinadla xəbər verir ki, bu, Xəzər dənizi sahilində, “Sea Breeze” kurortu çərçivəsində alov formasında, sahəsi 200 hektar olan süni adanın yaradılmasından sonra reallaşacaq. Layihə çərçivəsində Formula-1 yarışının Bakının mərkəzindən həmin əraziyə köçürülməsi nəzərdə tutulur.

Bu barədə “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov “RİA Novosti”yə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, layihənin ümumi dəyəri 15–16 milyard dollar təşkil edə bilər:

“Adanın yaradılması təxminən 1 milyard dollara başa gələcək, onun üzərində daşınmaz əmlak tikintisi isə sıxlıq və kvadratmetrlərin sayından asılı olaraq əlavə 10–15 milyard dollar tələb edəcək”.

O əlavə edib ki, yeni Formula-1 trası Sea Breeze yaxınlığında yaradılacaq süni adada 2031-ci ildə istifadəyə verilə bilər. Bununla belə, Bakı mərhələsinin köçürülməsi ilə bağlı yekun razılaşma hələ imzalanmayıb:

“Bu halda biz dövlət investisiyalarına arxalana bilmərik, yəni layihəni öz gücümüzlə həyata keçirməliyik. Bu isə o deməkdir ki, trasın tikintisi üçün investisiyalar bu layihədə bizim tərəfdaşımız olacaq developer şirkətlərin xərclərinə daxil ediləcək”.

Ağalarovun sözlərinə görə, Formula-1 təşkilatçıları köhnə Bakının fransız tipli damlara malik dörd və beşmərtəbəli binalardan ibarət memarlığını yüksək qiymətləndirirlər:

“Biz bütün “Fire Island” ərazisini bir neçə klasterə bölməyi və hər memarlıq bürosuna klasterlərdən biri üçün öz fərdi üslubunda unikal konsepsiya hazırlamağı təklif etməyi planlaşdırırıq. Formula-1 təşkilatçılarının köhnə Bakının fransız damlı dörd və beşmərtəbəli binalardan ibarət memarlığı çox xoşuna gəlir. Buna görə də yarışın keçiriləcəyi sahələrdə binaların layihələndirilməsini məhz bu üslubla yaxşı işləməyi bacaran memar Sergey Çobana həvalə etmək istərdim”.

Layihə “Fire Island” (“Alov adası”) adlandırılıb ki, bu da Azərbaycanın tarixi “Odlar ölkəsi” ləqəbinə istinad edir. “Sea Breeze” kurortu artıq hazırda 500 hektarlıq ərazini və 7 kilometrlik çimərlik xəttini əhatə edir və Bakı şəhər mərkəzindən təxminən 30 dəqiqəlik məsafədə yerləşir.

Hazırda istifadə olunan Formula-1 üzrə Azərbaycan Qran-Prisinin şəhər trası küçə trekləri arasında ən uzun və sürətli treklərdən biri hesab olunur. Onun uzunluğu təxminən 6 kilometrdir və bolidlər sahilboyu düz hissədə 370 km/saat sürətə çata bilir. Yarışın süni adada yerləşəcək stasionar avtodroma köçürülməsi təhlükəsizliyin artırılmasına və tamaşaçılarla komandalar üçün infrastruktur imkanlarının genişləndirilməsinə şərait yaradacaq.

Oxşarxəbərlər

Əjdər Cəfərova yüksək vəzifə verildi
Gündəm

Əjdər Cəfərova yüksək vəzifə verildi

21/02/2026 12:30
53
Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır – Bu tarixdən
Gündəm

Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır – Bu tarixdən

21/02/2026 11:28
52
Azərbaycanda onlayn alış-veriş məhdudlaşdırılır? – Gömrükdən qalmaqallı bəyanat
Gündəm

Azərbaycanda onlayn alış-veriş məhdudlaşdırılır? – Gömrükdən qalmaqallı bəyanat

21/02/2026 10:49
52
Rusiyada yoxa çıxan helikopter tapıldı: ölənlər var – FOTO
Gündəm

Rusiyada yoxa çıxan helikopter tapıldı: ölənlər var – FOTO

21/02/2026 10:42
52
Vəzifəli şəxsin ölkədən çıxışına məhdudiyyət qoyuldu
Gündəm

Vəzifəli şəxsin ölkədən çıxışına məhdudiyyət qoyuldu

21/02/2026 10:16
53
Bu gün Beynəlxalq Ana Dili Günüdür
Gündəm

Bu gün Beynəlxalq Ana Dili Günüdür

21/02/2026 09:56
57

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Pensiya və müavinətlərlə bağlı mühüm YENİLİK – 5 manat…

Pensiya və müavinətlərlə bağlı mühüm YENİLİK – 5 manat…

22/02/2026 19:29
53
Tehran yaxınlığında güclü PARTLAYIŞLAR: Hücum başladı?

Tehran yaxınlığında güclü PARTLAYIŞLAR: Hücum başladı?

22/02/2026 19:10
55
Ramazanın 5-ci gününün duası – İmsak və iftar vaxtı açıqlandı

Ramazanın 5-ci gününün duası – İmsak və iftar vaxtı açıqlandı

22/02/2026 19:06
53
Kənd almaq istəyənlərin NƏZƏRİNƏ: maşın qiymətinə satılır – FOTO

Kənd almaq istəyənlərin NƏZƏRİNƏ: maşın qiymətinə satılır – FOTO

22/02/2026 18:23
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qəza nəticəsində turistlərin həyatını itirməsi yerli xilasediciləri səfərbər edib

Qəza nəticəsində turistlərin həyatını itirməsi yerli xilasediciləri səfərbər edib

20/02/2026 16:51
56

Polşa və ABŞ strateji addımlarını qiymətləndirir: nüvə silahları mövzusu

Polşa və ABŞ strateji addımlarını qiymətləndirir: nüvə silahları mövzusu

20/02/2026 16:38
55

Epşteyn işi və Zelenski: Ukraynalı siyasətçi şok açıqlama verib

Epşteyn işi və Zelenski: Ukraynalı siyasətçi şok açıqlama verib

20/02/2026 16:32
54

Ərdoğan gələcəkdə planetin vəziyyətinə görə insanların düşüncələrinin dəyişəcəyini bildirib

Ərdoğan gələcəkdə planetin vəziyyətinə görə insanların düşüncələrinin dəyişəcəyini bildirib

20/02/2026 15:52
55

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In