Ötən gün Xətai rayonu Zeytun küçəsi 18 ünvanında ölüm hadisəsi baş verib.
Gündəm24.az bildirir ki, “Teleqraf”ın əldə etdiyi məlumata görə, 1980-ci il təvəllüdlü Rüfət Səhrad oğlu Qasımov iş yoldaşı ilə birgə Xətai rayonu ərazisində yerləşən AAYDA-ya məxsus idarədən çıxaraq yaşadığı Qaraçuxur qəsəbəsinə getmək üçün Zeytun küçəsindən keçərkən əsən güclü külək İlham Ələkbərova məxsus fərdi yaşayış evinin daş hasarı uçaraq Rüfət Qasımovun üzərinə düşüb.
İş yoldaşı onu daşların altından çıxararaq təcili yardıma müraciət edib. Lakin R.Qasımov başından aldığı zədəyə görə dünyasını dəyişib.
Faktla bağlı Xətai Rayon Prokurorluğu araşdırma aparır.
11:14
Bakıda güclü külək nəticəsində ölən şəxsin kimliyi məlum olub.
Gündəm24.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, hadisə fevralın 4-ü saat 15 radələrində paytaxtın Xətai rayonu, Zeytun küçəsində baş verib.
Güclü külək Zeytun küçəsində yerləşən hasarı uçurub. Hadisə nəticəsində Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Rüfət Qasımov uçqun altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
10:52
Küləkli hava şəraiti ilə əlaqədar bir nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
Gündəm24.az bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yıxılma səbəbilə beş çağırış qeydə alınıb.
Bildirilib ki, 47 yaşlı qadın Sabunçu Tibb Mərkəzinə, 73 yaşlı qadın Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 43 yaşlı qadın və 53 yaşlı kişi isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.














