“ABŞ ilə münasibətlərə yenidən başlamaq bizim əsas prioritetlərimizdən biridir və bu barədə dəfələrlə bəyanatlar səsləndirmişik. Şəxsən özüm də bununla bağlı bir neçə dəfə açıqlamalar vermişəm”.
Gündəm 24.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
O, Gürcüstanın ABŞ ilə strateji tərəfdaşlığı konkret yol xəritəsi əsasında bərpasının tərəfdarı olduğunu bildirib.
“Bu, olduqca açıq mesajdır. Biz cavab addımları gözləyirik və onların atılacağına ümid edirik”, – İ.Kobaxidze əlavə edib.














