Sabahdan, sentyabrın 23-dən Bakıda “Formula 1” yarışı səbəbilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək.
Gündəm24.az bildirir ki, “Report”un əldə etdiyi məlumata görə, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək.
Bu iş rejimi “Formula 1” trekinin həmin ərazidən keçməsi ilə əlaqədardır.
Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.






