Bazar ertəsi, Yanvar 19, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

J2-8243 reysinin faciəsinin ildönümündə həlak olanların xatirəsi anıldı – FOTOLAR

25/12/2025
Gündəm
57 1
J2-8243 reysinin faciəsinin ildönümündə həlak olanların xatirəsi anıldı – FOTOLAR
73
Baxış sayı

25 dekabr 2024-cü il tarixində Azərbaycan Hava Yollarının (AZAL) Bakı – Qroznı marşrutu üzrə planlaşdırılmış J2-8243 nömrəli sərnişin reysinin icrası zamanı baş vermiş faciənin ildönümü ilə əlaqədar dövlət qurumlarının və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Gündəm24.az-a bildirilib ki, anım tədbiri çərçivəsində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, AZCON Holding-in icraçı direktoru Şahin Babayev, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev, eləcə də dövlət qurumlarının nümayəndələri həlak olmuş ekipaj heyətinin ailə üzvləri ilə birlikdə Bakı şəhərində yerləşən II Fəxri xiyabanı ziyarət ediblər. Mərasim iştirakçıları məzarlara gül dəstələri qoyub, dünyasını dəyişənlərin xatirəsini birdəqiqəlik sükutla yad ediblər. Eyni zamanda Heydər Əliyev Beynəlxalq Aeroportunda da hadisə qurbanlarının xatirəsinə birdəqiqəlik sükut elan olunub.

Daha əvvəl, dekabrın 20-də anım tədbirləri çərçivəsində AZAL-ın rəhbərliyi və həlak olmuş ekipaj üzvlərinin yaxınları Qazaxıstan Respublikasının Aktau şəhəri yaxınlığında baş vermiş qəza yerini də ziyarət ediblər. Bu səfər hadisə qurbanlarının xatirəsinin ehtiramla yad edilməsi və əbədiləşdirilməsi istiqamətində atılan növbəti addım olub.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də J2-8243 nömrəli Bakı – Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalıb. İdarəetməni itirmiş hava gəmisi Qazaxıstan Respublikasının Aktau şəhəri istiqamətinə yönəldilərək orada qəza enişi həyata keçirib. Göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfərin isə həyatı xilas edilib.

Xidməti vəzifələrini yerinə yetirərkən yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə həlak olmuş ekipaj üzvlərinə – Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və Əliyeva Hökumə Cəlil qızına ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Sağ qalan ekipaj üzvləri – Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı isə I dərəcəli “Rəşadət” ordeni ilə təltif olunublar.

J2-8243 reysinin faciəsinin ildönümündə həlak olanların xatirəsi anıldı - FOTOLARJ2-8243 reysinin faciəsinin ildönümündə həlak olanların xatirəsi anıldı - FOTOLARJ2-8243 reysinin faciəsinin ildönümündə həlak olanların xatirəsi anıldı - FOTOLARJ2-8243 reysinin faciəsinin ildönümündə həlak olanların xatirəsi anıldı - FOTOLARJ2-8243 reysinin faciəsinin ildönümündə həlak olanların xatirəsi anıldı - FOTOLARJ2-8243 reysinin faciəsinin ildönümündə həlak olanların xatirəsi anıldı - FOTOLAR

Oxşarxəbərlər

Sabah bu küçələr bağlanacaq – Siyahı
Gündəm

Sabah bu küçələr bağlanacaq – Siyahı

19/01/2026
59
Kərim Vəliyev Qətərdəki sərgidə… – FOTOLAR
Gündəm

Kərim Vəliyev Qətərdəki sərgidə… – FOTOLAR

19/01/2026
60
On gündür komada olan qazi vəfat etdi – FOTO
Gündəm

On gündür komada olan qazi vəfat etdi – FOTO

19/01/2026
70
Diplomatlar Şəhidlər xiyabanını ziyarət etdilər – FOTOLAR
Gündəm

Diplomatlar Şəhidlər xiyabanını ziyarət etdilər – FOTOLAR

19/01/2026
58
DİN-in şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət etdi – VİDEO
Gündəm

DİN-in şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət etdi – VİDEO

19/01/2026
67
Bakı-Sumqayıt qatarı sabah belə hərəkət edəcək
Gündəm

Bakı-Sumqayıt qatarı sabah belə hərəkət edəcək

19/01/2026
67

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Qəzza münaqişəsi gündəmdə: Sülh Şurasına onlarla ölkə çağırılıb

Qəzza münaqişəsi gündəmdə: Sülh Şurasına onlarla ölkə çağırılıb

19/01/2026
50
Serbiya Energetika Naziri: NIS müqaviləsinin şərtləri qarşılıqlı razılaşdırılıb, sənəd ABŞ-a təsdiq üçün göndəriləcək

Serbiya Energetika Naziri: NIS müqaviləsinin şərtləri qarşılıqlı razılaşdırılıb, sənəd ABŞ-a təsdiq üçün göndəriləcək

19/01/2026
61
Qrenlandiyada hərbi mövcudluq artırılır: Danimarka qərb bölgəyə əlavə qüvvə göndərir

Qrenlandiyada hərbi mövcudluq artırılır: Danimarka qərb bölgəyə əlavə qüvvə göndərir

19/01/2026
54
Enerji layihəsində dönüş nöqtəsi: Akkuyu AES-də ilk reaktor hazırlaşır

Enerji layihəsində dönüş nöqtəsi: Akkuyu AES-də ilk reaktor hazırlaşır

19/01/2026
50

ÖZƏL XƏBƏRLƏR

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In