Cümə axşamı, Fevral 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Mitinq biznesi, xaricdən gələn pullar, gizli sponsorlar – Cəmil Həsənlinin qaranlıq FƏALİYYƏTİ

11/12/2025 14:41
Gündəm
59 3
Mitinq biznesi, xaricdən gələn pullar, gizli sponsorlar – Cəmil Həsənlinin qaranlıq FƏALİYYƏTİ
79
Baxış sayı

Son aylarda radikal müxalifət nümayəndələri arasında qəribə tendensiya müşahidə edilir. Ramiz Mehdiyevə cinayət işi açılan kimi Gültəkin Hacıbəyli xaricə qaçdı. Əli Kərimlinin evində axtarış aparılanda isə Cəmil Həsənli ölkədən çıxmağa cəhd elədi.

Bu iki faktı göz önünə gətirəndə düşünürsən ki, bu adamlar nədən və niyə qaçırlar?

Təbii ki, məsələyə daha dərindən yanaşanda və yaxın keçmişə nəzər salanda bu adamlar
arasında dərin iş birliyi, fikir yekdilliyi ortaya çıxır. Aydın olur ki, həm Gültəkin Hacıbəylinin, həm də Cəmil Həsənlinin qaçış planı hər zaman “B” variantı kimi gündəmdə olub. Çünki onlar gec-tez ifşa olunacaqlarını və qanun qarşısında cavab verəcəklərini bilirdilər.

Cəmil Həsənli siyasi meydandan xarici valyuta bazarına necə transfer olundu?

Cəmil Həsənlinin son 25 ildə Azərbaycanda rəsmi iş yeri olmayıb, o, yalnız 1995-2005-ci illərdə AXCP-nin sədr müavini olub. 2005-ci ildə də vəzifəsindən istefa verib. Amma bununla belə o davamlı olaraq xarici ölkələrə səfərlər edib.

Özünün uydurmasına görə də bu səfərlər elmi ezamiyyə xarakteri daşıyıb. Lakin dünyanın hansı ölkəsində və hansı universitetində mühazirələr söylədiyini, bu fəaliyyətdən nə qədər qazandığını heç vaxt açıqlamayıb.

Di gəl ki, Cəmil Həsənli axır vaxtlar dollardan və digər xarici valyutalardan danışır. Məsələn bu günlərdə sosial şəbəkə hesabında yazıb ki, “özünün və həyat yoldaşının son günlüyü üçün” evində dollar və paundla vəsait saxlayır.

Cəmil Həsənli bu “təvazökar” açıqlaması ilə əslində özünü ifşa edib.

Axı, ölkəmizdə rəsmi iş yeri olmayan, xaricdəki fəaliyyətini də gizlətməyə çalışan bir adamın evində niyə ancaq xarici valyuta olsun?!

Köhnə əlaqələr: “5-ci kolon” və destruktiv ittifaqlar

Cəmil Həsənlinin son 25 illik fəaliyyətinə işıq salanda daha qaranlıq faktlar üzə çıxır. Məlumdur ki, xarici qüvvələr hər zaman Azərbaycanı təsir dairəsində saxlamaq və ölkəmizdə baş verən proseslərə müdaxilə etmək istəyib. Bu işdə Cəmil Həsənli kimi “sapı özümüzdən olan baltalar”dan aktiv istifadə edilib.

Eyni zamanda “5-ci kolon”un ölkəmizdəki əsas siması – Ramiz Mehdiyev zaman-zaman Azərbaycanda siyasi və sosial-iqtisadi sabitliyin pozulması üçün yerli desturktiv qüvvələrlə iş birliyində olub. Üstəlik, Ramiz Mehdiyevin təhriki və sifarişi ilə bəzi məmurlar radikal ünsürlərə maddi dəstək göstərib.

“Hüquqların müdafiəsi” adı altında yeni biznes

Təbii ki, Cəmil Həsənli də bu fürsətdən yararlanıb, sabiq iqtisadiyyat naziri Fərhad Əliyevlə köhnə yaxınlığından maksimum istifadə edib.

Nəzərə alaq ki, Fərhad Əliyev və Cəmil Həsənli qonşu kəndlərdəndirlər. Necə deyərlər, dədə-babalarının xeyir-şərləri bir olub. Bu münasibətləri sonrakı dövrdə Cəmil Həsənli yenidən bərpa edib, Fərhad Əliyevlə Əli Kərimli arasında körpü rolunu oynayıb.

2005-ci ildə Fərhad Əliyevin həbs olunmasından sonra isə tərəflər arasında münasibətlər daha da gücləndi. Sabiq nazirin həbsindən dərhal sonra Cəmil Həsənli AXCP sədrinin müavini postundan istefa verdi və Fərhad Əliyevin Hüquqlarını Müdafiə Komitəsini yaratdı, özünü də sədr elan etdi. Beləcə, 2005–2013-cü illərdə o, Fərhad Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin sədri kimi “fəaliyyət göstərdi”.

Hətta yerli mətbuatın yazdığına görə, Fərhad Əliyev həmin dövrdə adının siyasi məhbuslar siyahısına daxil edilməsi üçün Cəmil Həsənliyə 1 milyon dollar da verib.

“Milli Şura” dövrü – xaricdən maliyyələşən ambisiyalar

Fərhad Əliyevin müdafiəçisi kimi kifayət qədər sərvət toplayan Cəmil Həsənli sonrakı illərdə yeni siyasi iddia eşqinə düşdü. O, vaxt itirmədən 2013-cü ildə “aktiv” siyasətə geri döndü. Lakin bu dəfəki dönüşü daha “möhtəşəm” oldu. 2013-cü ilin dekabrında Cəmil Həsənli birdən-birə “Milli Şura”nın prezidentliyə namizədi oldu.

Xatırladaq ki, “Milli Şura”nın prezidentliyə ilk namizədi Rüstəm İbrahimbəyov idi. Onun namizədliyi irəli sürüləndə Cəmil Həsənli geri planda qalmışdı. Heç kəs Həsənlinin prezidentliyə namizəd olacağına ehtimal belə vermirdi.

Ancaq vəziyyət birdən-birə 180 dərəcə dəyişdi və köməkçi obraz kimi görünən Cəmil Həsənli “Milli Şura”nın vahid namizədinə çevrildi. Həmin dövrdə mətbuatın yazdığına görə, buna səbəb Fərhad Əliyev kartının işə salınması idi.

Məhz Fərhad Əliyev qərbdəki dayaqlarından istifadə etməklə prosesə kənardan təsir göstərdi. Nəticədə Cəmil Həsənlinin adı “Milli Şura”nın vahid namizədi kimi irəli sürüldü.

Fərhad Əliyev-Abbas Abbasov tendemi – Cəmil Həsənli üçün yeni imkan

Yada salaq ki, sabiq iqtisadiyyat naziri Fərhad Əliyevlə  baş nazirin sabiq müavini Abbas Abbasovun çox isti münasibətləri vardı. Cəmil Həsənli bu əlaqələrdən də öz xeyrinə istifadə edib.

2013-cü ildə həbsdən azad edilən Fərhad Əliyev həmin ilin oktyabrında Almaniyaya getdi. Məhz həmin dövrdə Rusiyada Abbas Abbasovun rəhbərliyi ilə təsis edilən “Milyarderlər İttifaqı” aktiv şəkildə fəaliyyətə keçmişdi.

Bu isə Cəmil Həsənli üçün ikiqat fürsət demək idi. O həm Mehdiyev-Abbasov xətti ilə Rusiyadan, həm də Fərhad Əliyevin vasitəçiliyi ilə Qərbdən maliyyə, siyasi dəstək qazandı.

Xarici maliyyə yardımları, yeni imkanlar

2013-cü ildə Cəmil Həsənlinin qarşısında yeni imkanlar açılmışdı. Bir tərəfdən Ramiz Mehdiyevdən gələn dəstək, digər tərəfdən xarici yardımlar Cəmil Həsənlinin böyük iddialarını daha da qabartmışdı. O açıq şəkildə Azərbaycanda dövlət çevrilişini təşviq edirdi.

Üstəlik, dövlət çevrilişindən sonra keçid hökuməti kimi Milli Şuranı önə sürürdü. Bu, Ramiz Mehdiyevin Rusiyaya məktubunda təklif etdiyi “Dövlət Şurası” ilə oxşar model idi – adlar fərqli, məntiq eyni…

Mitinq oyunu – Cəmil Həsənlinin qazancı

“Milli Şura” 2013-cü ildə seçki kampaniyasında bədnam məqsədlərinə çata bilməsə də, fəaliyyətinə davam etdi. 2019-cu ilə qədər mitinq taktikası Cəmil Həsənlinin rəhbərlik etdiyi “Milli Şura”nın əsas fəaliyyət modelini təşkil edirdi.

Həmin illərdə Cəmil Həsənli siyasi iddialarının pafosunu bir qədər azaltsa da, pozuculuq əməllərinə davam etdi.

Artıq həmin dövrdəki “mitinq oyunu”nun Ramiz Mehdiyevin özünü “hakimiyyətin qoruyucusu” kimi təqdim etmək üçün ortaya atdığı hər kəsə yaxşı məlumdur. Üstəlik, bu oyunun aktyorları – Əli Kərimli, Gültəkin Hacıbəylinin yaratdığı obrazlara görə ciddi maddi mükafatlar aldıqları da üzə çıxıb.

Təbii ki, “Milli Şura”nın mitinqlərində ön sıralarda qərarlaşan Cəmil Həsənlinin bu pay bölgüsündən kənarda qaldığına inanmaq sadəlöhvlükdür.

Doğrudur, nə “Milli Şura”, nə də “Milyarderlər İttifaqı” yekun nəticədə öz hədəflərinə çatdı. Amma Cəmil Həsənli bu tandemdən çox böyük sərvətlər qazandı.

Son dövr: narahatlığın səbəbi

Bu gün Ramiz Mehdiyev və Əli Kərimlinin istintaqa cəlb olunmasından sonra Cəmil Həsənlinin tələm-tələsik ölkəni tərk etməyə çalışması təsadüfi deyil. Uzun illər ərzində qurulan gizli əlaqələr, xarici maliyyələşmə kanalları, müxtəlif destruktiv planlarda iştirak edənlərin adları artıq bir-bir ifşa olunur.

Üzə çıxan faktlar göstərir ki, illərlə siyasi mübarizə adı altında fəaliyyət göstərən bu şəxslər əslində xarici dairələrin təsir alətinə çevrilib, ölkədə sabitliyə qarşı yönəlmiş planların icrasında iştirak ediblər. Bu şəxslərin heç biri qanun qarşısında məsuliyyətdən yayınmamalıdır

O cümlədən də Cəmil Həsənli…

“Milli Şura”nın sədri hansı qüvvələrin təlimatları ilə hərəkət etdiyini, dövlətin və xalqın maraqlarını necə tapdaq altına atdığını, sahib olduğu pulları haradan qazandığını etiraf etməlidir. Xəyanət şəbəkəsinin digər üzvləri kimi, Cəmil Həsənli də ədalət mühakiməsi qarşısında cavab verməlidir.

Bizim.Media-nın analitik qrupu

Oxşarxəbərlər

“Mən sizi televizorda görəndə çox sevinirəm” – VİDEO
Gündəm

“Mən sizi televizorda görəndə çox sevinirəm” – VİDEO

26/02/2026 12:23
50
Saleh Məmmədovun fəaliyyəti araşdırılır: Ciddi pozuntular
Gündəm

Saleh Məmmədovun fəaliyyəti araşdırılır: Ciddi pozuntular

26/02/2026 12:11
55
Bu yolda avtobus zolağı ləğv edildi – VİDEO
Gündəm

Bu yolda avtobus zolağı ləğv edildi – VİDEO

26/02/2026 12:08
52
XX əsrin Xocalı məhşəri
Gündəm

XX əsrin Xocalı məhşəri

26/02/2026 10:50
51
TƏBİB Səhiyyə Nazirliyinə birləşdiriləcək? – Nazirdən reaksiya
Gündəm

TƏBİB Səhiyyə Nazirliyinə birləşdiriləcək? – Nazirdən reaksiya

26/02/2026 10:42
53
Xocalı soyqırımı ən qanlı faciələrdəndir – XİN
Gündəm

Xocalı soyqırımı ən qanlı faciələrdəndir – XİN

26/02/2026 09:23
54

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

22 yaşlı gənc kirayə qaldığı evdə bıçaqlandı

22 yaşlı gənc kirayə qaldığı evdə bıçaqlandı

26/02/2026 12:41
51
Vaşinqton, Nyu-York və Bostonda Xocalı soyqırımı ilə bağlı aksiya – FOTOLAR

Vaşinqton, Nyu-York və Bostonda Xocalı soyqırımı ilə bağlı aksiya – FOTOLAR

26/02/2026 12:26
51
“Mən sizi televizorda görəndə çox sevinirəm” – VİDEO

“Mən sizi televizorda görəndə çox sevinirəm” – VİDEO

26/02/2026 12:23
50
Onlar Azərbaycana başsağlığı verdilər

Onlar Azərbaycana başsağlığı verdilər

26/02/2026 12:20
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Ukraynada qorxu dolu gecə – kütləvi hücum şəhərləri HƏDƏF ALDI

Ukraynada qorxu dolu gecə – kütləvi hücum şəhərləri HƏDƏF ALDI

26/02/2026 10:25
52

Kuba sularında qalmaqal: Rusiya hadisəni ABŞ-ın planlı addımı adlandırdı

Kuba sularında qalmaqal: Rusiya hadisəni ABŞ-ın planlı addımı adlandırdı

26/02/2026 09:50
55

Hərbi texnologiyanın qaranlıq tərəfi: Çin dronları İZİ NECƏ İTİRİR?

Hərbi texnologiyanın qaranlıq tərəfi: Çin dronları İZİ NECƏ İTİRİR?

26/02/2026 09:05
52

Siyasi gündəm dəyişə bilər – Putin və Lukaşenko strateji addımlar atır

Siyasi gündəm dəyişə bilər – Putin və Lukaşenko strateji addımlar atır

26/02/2026 07:02
52

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.