Şənbə, Mart 7, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Naxçıvana Ermənistan dəstəyi? – İrana görə bağlanan yol Bakı üçün açıla bilər

07/03/2026 15:00
Gündəm
38 2
Naxçıvana Ermənistan dəstəyi? – İrana görə bağlanan yol Bakı üçün açıla bilər
50
Baxış sayı

İranın Naxçıvan Muxtar Respublikasına dron zərbələrindən sonra bölgənin Bakı ilə nəqliyyat bağlantısında problemlər yaşanıb. Buna görə Azərbaycan vətəndaşlarının alternativ nəqliyyat əlaqəsindən istifadə edə bilmələri üçün AZAL-ın Bakı–İğdır–Bakı marşrutu üzrə 7–10 mart tarixlərini əhatə edən uçuş cədvəli hazırlanıb.

Təəssüf ki, Naxçıvan insidenti və İran-Azərbaycan gərginliyi bir reallığı yenidən göstərir: Naxçıvan blokada şəraitindədir. Doğrudur, indiki məqamda Türkiyə üzərindən səfərlər təşkil olunsa belə, bu, uzunmüddətli perspektivdə effektiv deyil. Azərbaycan alternativ vasitələr haqqında düşünməlidir.

Əslində, mövcud vəziyyətdə Ermənistanla bu məsələ üzrə danışıqlar aparıla bilər. Onsuz da iki ölkə arasında “Tramp yolu”nun açılması istiqamətində danışıqlar davam edir. Lakin söhbət bu prosesin sürətləndirilməsindən gedir.

Məlum olduğu kimi, bir neçə gün əvvəl Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub. Nazirlər söhbət zamanı regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər narahatlıqlarını ifadə edərək gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyini qeyd edib, sabitlik və təhlükəsizliyin təmin edilməsinin əhəmiyyətini vurğulayıblar.

Nazir Ceyhun Bayramov erməni həmkarını 5 mart tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən, mülki infrastruktura ziyan vurulması və mülki şəxslərin xəsarət alması ilə nəticələnən dron hücumları barədə məlumatlandırıb.

Nazirlər Ermənistan və Azərbaycan arasında dayanıqlı sülhün təmin edilməsinin vacibliyini qeyd edib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Əslində, mövcud proses Ermənistan üçün də müəyyən narahatlıq yaradır. Çünki İrəvan da Bakı kimi son zamanlar ABŞ ilə münasibətlərini inkişaf etdirib. Hər nə qədər iki ölkənin Vaşinqtonla münasibətləri dövlətlərarası və regional kontekstdə qurulsa da, İran bunu özünə qarşı təhdid kimi görür.

İrəvan və Bakı təmasları daha da sıxlaşdırmalı, hətta İranın mümkün təzyiqləri fonunda ortaq mövqe nümayiş etdirməlidirlər. İrəvanın indiki məqamda Naxçıvanla Azərbaycanın quru və hava əlaqələrinin təmin olunması istiqamətində ehtimal olunan jesti Bakı tərəfindən danışıqlar prosesi və iki ölkə münasibətlərinin gələcəyi baxımından müsbət qarşılanar.

Ermənistanda qarşıdan gələn parlament seçkiləri nəzərə alındıqda bu məsələ bir qədər çətin görünür. Lakin Azərbaycandan Ermənistana enerji məhsullarının nəqli, habelə Rusiyadan Ermənistana məhsulların keçidi üçün icazənin verilməsi kimi müsbət addımlar belə bir jestin mümkünlük ehtimalını artırır./Globalinfo.az

turan rzayev 1
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Oxşarxəbərlər

Gömrük Komitəsi Elçin Quliyevi cərimələdi – QƏRAR
Gündəm

Gömrük Komitəsi Elçin Quliyevi cərimələdi – QƏRAR

07/03/2026 16:21
62
Ərdoğan hərbi vəziyyətə hazırlıqla bağlı TƏYİNAT VERDİ – FOTO
Gündəm

Ərdoğan hərbi vəziyyətə hazırlıqla bağlı TƏYİNAT VERDİ – FOTO

07/03/2026 15:02
66
Bayram günləri ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Gündəm

Bayram günləri ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

07/03/2026 10:51
61
Bakıdakı “Xan Bağı” restoranı söküləcək? – VİDEO
Gündəm

Bakıdakı “Xan Bağı” restoranı söküləcək? – VİDEO

07/03/2026 10:06
78
İrana daha iki ölkəni PUA və raketlərlə atəşə tutdu
Gündəm

İrana daha iki ölkəni PUA və raketlərlə atəşə tutdu

07/03/2026 09:54
67
İsrail Tehrana ağır zərbələr endirdi – VİDEO
Gündəm

İsrail Tehrana ağır zərbələr endirdi – VİDEO

07/03/2026 09:00
58

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

07/03/2026 16:36
50
İsraildən “Hizbullah”a görə Livana sərt ultimatum

İsraildən “Hizbullah”a görə Livana sərt ultimatum

07/03/2026 16:30
50
Gömrük Komitəsi Elçin Quliyevi cərimələdi – QƏRAR

Gömrük Komitəsi Elçin Quliyevi cərimələdi – QƏRAR

07/03/2026 16:21
62
Məşhur aktrisa qızı ilə birgə faciəvi şəkildə öldü – VİDEO

Məşhur aktrisa qızı ilə birgə faciəvi şəkildə öldü – VİDEO

07/03/2026 16:16
57

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

06/03/2026 09:24
76

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

06/03/2026 06:39
59

BƏƏ-dən İrana SƏRT ZƏRBƏ: Aktivlərin dondurulması gündəmdədir

BƏƏ-dən İrana SƏRT ZƏRBƏ: Aktivlərin dondurulması gündəmdədir

06/03/2026 06:19
72

Sançez Livana yardım çağırışı etdi – humanitar dəstək artırılacaq

Sançez Livana yardım çağırışı etdi – humanitar dəstək artırılacaq

06/03/2026 05:29
62

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In