İran Prezidenti Məsud Pezeşkian qonşu və dost ölkələrin liderlərinə müraciət ünvanlayıb.
Gündəm24.az -ın məlumatına görə, Pezeşkian “X” platformasında yayımladığı açıqlamada bildirib ki, İran diplomatik yollarla ABŞ və İsrail ilə müharibədən yayınmağa çalışıb. Lakin onun sözlərinə görə, bu ölkələrin hərbi təcavüzü İranı özünü müdafiə etmək məcburiyyətində qoyub.
Prezident həmçinin vurğulayıb ki, İran qonşu dövlətlərin suverenliyinə hörmətlə yanaşır və hesab edir ki, regionda sabitlik və davamlı sülh yalnız bölgə ölkələrinin birgə səyləri nəticəsində təmin oluna bilər.














