Bazar ertəsi, Yanvar 19, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Piyada səkilərinə qanunsuz müdaxilələr aradan qaldırıldı – FOTOLAR

10/01/2026
Gündəm
53 3
Piyada səkilərinə qanunsuz müdaxilələr aradan qaldırıldı – FOTOLAR
71
Baxış sayı

Bakıda piyada səkilərinin ləğv edilməsinə qarşı tədbirlər görülüb, qanunsuz müdaxilələr aradan qaldırılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Gündəm24.az-a bildirilib ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq paytaxt Bakı şəhərində piyada yönümlü şəhər mühitinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu çərçivədə piyadaların təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi, ictimai məkanların daha əlçatan olması əsas prioritetlərdən biri kimi müəyyən olunub.

Lakin görülən işlərə baxmayaraq, bəzi hallarda ayrı-ayrı şəxslər tərəfindən piyada infrastrukturu ilə bağlı qanun pozuntularına yol verildiyi müşahidə olunur. Belə ki, piyada səkilərinin zəbt edilməsi və ya tamamilə ləğv olunması cəhdləri müşahidə edilir. Bununla əlaqədar Baki Şəhər İcra Hakimiyyəti tərəfindən mütamadi olaraq monitorinqlər keçirilir və belə halların qarşısı dərhal alınır.

Bu cür hallardan biri Bakı şəhərinin Nəsimi rayonu ərazisində, Həsən Əliyev və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində qeydə alınıb. Sözügedən ərazidə inşa olunan yaşayış binasının ətrafında tikinti şirkəti tərəfindən piyada səkisinin qanunsuz şəkildə ləğvinə cəhd edilib və bu da piyadaların hərəkətində ciddi çətinliklər yaradıb. Digər belə hal isə Xəzər rayonu, Binə qəsəbəsi Əli İsazadə küçəsində qeydə alınıb. Belə ki burada piyada səkisini ləğv edərək parking ərazisinə giriş təşkil etməyə cəhd göstərilmişdir.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən operativ tədbirlər görülüb. Qanunsuz müdaxilələr aradan qaldırılıb, piyada səkiləri bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bununla da ərazidə piyadaların təhlükəsiz hərəkəti yenidən təmin olunub.

Qeyd edək ki, son illər Bakıda piyadalaşma siyasəti geniş miqyas alıb. Şəhərin müxtəlif ərazilərində piyada zonalarının artırılması, səkilərin genişləndirilməsi və ictimai məkanların yenidən təşkili istiqamətində işlər davam etdirilir. Baki Şəhər İcra Hakimiyyəti tərəfindən gələcəkdə də monitoringlər keçirilərək bu kimi negativ hallara qarşı tədbirlərin görüləcəyi bildirilir.

Bakıda piyada səkilərinin ləğv edilməsinə qarşı tədbirlər görülüb, qanunsuz müdaxilələr aradan qaldırılıbBakıda piyada səkilərinin ləğv edilməsinə qarşı tədbirlər görülüb, qanunsuz müdaxilələr aradan qaldırılıbBakıda piyada səkilərinin ləğv edilməsinə qarşı tədbirlər görülüb, qanunsuz müdaxilələr aradan qaldırılıb

Oxşarxəbərlər

Sabah bu küçələr bağlanacaq – Siyahı
Gündəm

Sabah bu küçələr bağlanacaq – Siyahı

19/01/2026
59
Kərim Vəliyev Qətərdəki sərgidə… – FOTOLAR
Gündəm

Kərim Vəliyev Qətərdəki sərgidə… – FOTOLAR

19/01/2026
60
On gündür komada olan qazi vəfat etdi – FOTO
Gündəm

On gündür komada olan qazi vəfat etdi – FOTO

19/01/2026
70
Diplomatlar Şəhidlər xiyabanını ziyarət etdilər – FOTOLAR
Gündəm

Diplomatlar Şəhidlər xiyabanını ziyarət etdilər – FOTOLAR

19/01/2026
58
DİN-in şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət etdi – VİDEO
Gündəm

DİN-in şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət etdi – VİDEO

19/01/2026
67
Bakı-Sumqayıt qatarı sabah belə hərəkət edəcək
Gündəm

Bakı-Sumqayıt qatarı sabah belə hərəkət edəcək

19/01/2026
67

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bakıya bu tarixdə qar yağacaq: 3 dərəcə şaxta… – Xəbərdarlıq

Bakıya bu tarixdə qar yağacaq: 3 dərəcə şaxta… – Xəbərdarlıq

19/01/2026
61
Ötən il Azərbaycanda 3 tona yaxın qızıl istehsal edilib

Ötən il Azərbaycanda 3 tona yaxın qızıl istehsal edilib

19/01/2026
64
Prezident və xanımı İsveçrəyə getdi – FOTOLAR

Prezident və xanımı İsveçrəyə getdi – FOTOLAR

19/01/2026
70
Hamısı Şəhidlər xiyabanına gəldi, ondan başqa – FOTOLAR

Hamısı Şəhidlər xiyabanına gəldi, ondan başqa – FOTOLAR

19/01/2026
57

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Baş direktor qəzaya texniki səbəblərin səbəb ola biləcəyini dedi

Baş direktor qəzaya texniki səbəblərin səbəb ola biləcəyini dedi

19/01/2026
64

Rusiya-Qəzza diplomatik əlaqələrində yeni mərhələ başlanır

Rusiya-Qəzza diplomatik əlaqələrində yeni mərhələ başlanır

19/01/2026
72

Lukaşenko: Rusiya və Belarus müdafiədə ayrılmaz bütövdür

Lukaşenko: Rusiya və Belarus müdafiədə ayrılmaz bütövdür

19/01/2026
55

Nazir üç ölkə ilə diplomatik danışıqlar aparıb

Nazir üç ölkə ilə diplomatik danışıqlar aparıb

19/01/2026
56

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.