Cümə, Yanvar 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Qaçqınkom“ iddialara cavab verdi – “Əsassız fikirlər hüquqi məsuliyyət yaradır”

07/01/2026
Gündəm
45 0
“Qaçqınkom“ iddialara cavab verdi – “Əsassız fikirlər hüquqi məsuliyyət yaradır”
57
Baxış sayı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) Laçın rayonunun Ələkçi kəndindən olan, Ağdam rayonu, Təzəkənd kəndində müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkün Hüseynov Müslüm Qaçay oğlunun sosial şəbəkədə səsləndirdiyi iddialarına münasibət bildirib.

Gündəm24.az “Yeni Sabah”a istinadla xəbər verir ki, qurumun məlumatına görə, bu günlərdə sosial şəbəkələrdə yayımlanan müsahibədə Laçın rayonunun Ələkçi kəndindən olan, Ağdam rayonu, Təzəkənd kəndində müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkün Hüseynov Müslüm Qaçay oğlunun Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyəti və Böyük Qayıdış tədbirləri ilə bağlı iddialar səsləndirib.

Bildirilib ki, Müslüm Hüseynov Ağdam rayonu Təzəkənd kəndi Dəmiryol stansiyası ərazisində yerləşən yaşayış üçün yarasız tikilidə müvəqqəti məskunlaşıb: “Onun Komitəyə müraciəti əsasında Xocalı rayonunun Xanabad kəndinə daimi məskunlaşması məqsədilə, mövcud qaydalara görə ailə tərkibinə uyğun olaraq ikiotaqlı fərdi yaşayış evinin ayrılması barədə qərar qəbul edilib. O, 2025-ci il noyabrın 21-də kəndə köçürüləcək 22 ailənin də iştirakı ilə keçirilmiş püşkatmada iştirak edib püşkünü çəkərək evin kodlaşdırılmış ünvanını əldə edib.

Müslüm Hüseynov etdiyi yazılı müraciətlərdə də əvvəlcə ona püşkatmada çıxmış evlə bağlı narazılıq bildirib, sonradan isə qızının ailəsinə verilmiş evlə qonşuluqda başqa yaşayış sahəsi tələb edib. Bildiririk ki, hazırda Xanabad kəndinə köç başlamayıb. Köç olanadək püşkatma nəticəsində ona düşən evə köçə bilməyəcəyi ilə bağlı qərarının qəti olduğu halda bunun rəsmiləşdirilməsi ilə bağlı Dövlət Komitəsi tərəfindən vətəndaşa rəsmi məktub göndərilib, lakin bu günədək cavablandırılmayıb”.

Qeyd edilib ki, təsdiq edilmiş bərpa qrafikinə uyğun olaraq aidiyyəti qurumlar tərəfindən mərhələli formada inşa, yaxud bərpa olunmuş evlərin təqdim olunmuş kodlar üzrə siyahısına əsasən Dövlət Komitəsi tərəfindən yalnız köçürüləcək ailələrin püşkatması keçirilir: “Püşkatma Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbər şəxsləri, həmçinin İctimai Şura üzvlərinin iştirakı ilə açıq və şəffaf şəkildə keçirilir.

Böyük Qayıdış tədbirlərinin icrası, işğaldan azad edilmiş ərazilərin məskunlaşdırılması ilə əlaqədar Dövlət Komitəsinin funksional fəaliyyəti ilə bağlı Müslüm Hüseynovun əsassız fikirlərinin və onun söylədiklərinin sosial şəbəkələrdə ictimailəşdirilməsi hüquqi məsuliyyət yarada bilər”.

Oxşarxəbərlər

Azərbaycanda bəzi oyunlar qadağan edilə bilər
Gündəm

Azərbaycanda bəzi oyunlar qadağan edilə bilər

22/01/2026
73
Bu uşaq qidası satışa buraxılmadı – Səbəb
Gündəm

Bu uşaq qidası satışa buraxılmadı – Səbəb

22/01/2026
66
Leyla Əliyeva Davos səfərindən paylaşım etdi – FOTO
Gündəm

Leyla Əliyeva Davos səfərindən paylaşım etdi – FOTO

22/01/2026
66
Bu xidmətlər də icbari tibbi sığortaya daxil edildi – Siyahı
Gündəm

Bu xidmətlər də icbari tibbi sığortaya daxil edildi – Siyahı

21/01/2026
72
Solovyovun oğlu “ərə getdi” – FOTOLAR
Gündəm

Solovyovun oğlu “ərə getdi” – FOTOLAR

21/01/2026
68
Sumqayıtdan Bakıya gələnlərin nəzərinə – Dəyişiklik edildi
Gündəm

Sumqayıtdan Bakıya gələnlərin nəzərinə – Dəyişiklik edildi

21/01/2026
63

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İlham Əliyev Davosda Paşinyanla görüşdü

İlham Əliyev Davosda Paşinyanla görüşdü

22/01/2026
61
Fransina Armenqol Sosias Azərbaycana gəldi

Fransina Armenqol Sosias Azərbaycana gəldi

22/01/2026
54
Prezident bugünkü mərasimdən videoçarx paylaşdı

Prezident bugünkü mərasimdən videoçarx paylaşdı

22/01/2026
63
Huşunu itirdi, ayılanda soyulduğunu anladı

Huşunu itirdi, ayılanda soyulduğunu anladı

22/01/2026
56

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Trampın sərt çıxışı fonunda Moskva danışıqları başlayır

Trampın sərt çıxışı fonunda Moskva danışıqları başlayır

22/01/2026
73

Ukrayna danışıqlarında böyük irəliləyiş – ABŞ səfiri vəziyyəti şərh etdi

Ukrayna danışıqlarında böyük irəliləyiş – ABŞ səfiri vəziyyəti şərh etdi

22/01/2026
64

Araşdırma sübut edir: Məşq beyin yaşlanmasını ləngidir

Araşdırma sübut edir: Məşq beyin yaşlanmasını ləngidir

22/01/2026
61

Bir gündə kütləvi PUA zərbəsi: Ukrayna Belqorodda hədəfləri vurdu

Bir gündə kütləvi PUA zərbəsi: Ukrayna Belqorodda hədəfləri vurdu

22/01/2026
71

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.