Cümə axşamı, Mart 5, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Rayonlar belə idarə olunacaq – Yeni model

04/03/2026 21:30
Gündəm
46 3
Rayonlar belə idarə olunacaq – Yeni model
62
Baxış sayı

Son dövrlər Azərbaycanda yerli icra hakimiyyətlərinin gələcəyi ilə bağlı müzakirələr intensivləşib. Xüsusilə struktur ixtisarları və kadr optimallaşdırılması fonunda bu institutun funksional zəruriliyi sual altına düşür. Məsələ təkcə ştatların azaldılması ilə məhdudlaşmır, baş verənlər daha çox idarəetmə modelinin yenilənməsi kontekstində qiymətləndirilir.

Metbuat.az xatırladır ki, son illərdə icra hakimiyyətlərinin əvvəlki geniş səlahiyyətləri mərhələli şəkildə məhdudlaşdırılıb. Bir sıra funksiyalar mərkəzi icra orqanlarına və ya publik hüquqi şəxslərə ötürülüb, xidmətlərin böyük hissəsi rəqəmsallaşdırılıb. Regional idarələrin yaradılması xüsusilə bölgələrdə yeni idarəetmə mexanizmi formalaşdırıb. ASAN xidmət modelinin tətbiqi ilə bu proses daha da sürətlənib. Nəticədə vətəndaş-məmur təması azalıb, operativlik artıb və yerli icra strukturlarının bir çox ənənəvi funksiyaları faktiki olaraq aktuallığını itirib.

Digər mühüm məqam ölkədə bələdiyyə institutunun mövcudluğudur. Yerli özünüidarəetmə prinsiplərinin gücləndirilməsi istiqamətində addımlar atıldığı bir dövrdə paralel idarəetmə mexanizmlərinin saxlanılması səmərəlilik baxımından məntiqli sayılmır. İcra hakimiyyətlərinin səlahiyyətlərinin daha aydın şəkildə bölüşdürülməsi və ya onların funksiyalarının digər qurumlara inteqrasiyası idarəetmədə çevikliyi artıra bilər. Bununla həm də yerlərdəki sosial narazılığı müəyyən qədər azaltmaq mümkündür. Mövcud yerli idarəetmə modelindən, xüsusilə özlərini “kiçik padşah” kimi aparan icra başçılarından artan narazılıq fonunda daha radikal qərarların qəbulu təəccüblü sayılmamalıdır.

Bununla yanaşı, dövlət idarəçiliyində optimallaşdırma siyasəti də diqqət çəkir. Büdcə xərclərinin azaldılması, strukturun yığcamlaşdırılması və qərar qəbuletmə prosesinin mərkəzləşdirilməsi islahatların əsas xəttini təşkil edir. Bu baxımdan icra hakimiyyətlərinin ya tamamilə ləğvi, ya da yeni model əsasında transformasiyası mümkün ssenarilər kimi görünür. Müşahidəçilər işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan idarəetmə metodunu daha məqbul sayırlar.

Müzakirə olunan mümkün referendum və Konstitusiya dəyişiklikləri də bu proseslə dolayısı şəkildə əlaqələndirilir. Əgər əsas qanunda yerli idarəetmə mexanizmləri, icra hakimiyyəti institutunun statusu və ya mərkəzləşmə-desentralizasiya balansı ilə bağlı müddəalara yenidən baxılarsa, bu, struktur islahatlarına hüquqi baza yarada bilər. Yəni söhbət təkcə inzibati qərardan deyil, idarəetmə fəlsəfəsinin yenilənməsindən gedə bilər. Bu isə icra hakimiyyətlərinin gələcək taleyinin referendum müstəvisində də müzakirə predmeti ola biləcəyini göstərir.

Sonda qeyd etmək yerinə düşər ki, gedən prosesləri idarəetmə sisteminin modernləşdirilməsinə yönəlmiş ardıcıl islahatların tərkib hissəsi kimi dəyərləndirmək daha doğru olardı. Bunun hansı formada reallaşacağı isə siyasi qərarlardan və gələcək inzibati modeldən asılı olacaq. Görünən isə odur ki, idarəetmədə yeni dövr başlayır. Bu dəfə “kiçik padşah”lara ehtiyac yoxdur…

 

Oxşarxəbərlər

Pezeşkian qonşu ölkələrə müraciət etdi
Gündəm

Pezeşkian qonşu ölkələrə müraciət etdi

04/03/2026 21:28
75
İran ağ bayraq qaldırır?
Gündəm

İran ağ bayraq qaldırır?

04/03/2026 20:42
65
Aslan Əliyevin 4,2 milyonluq əmlakı müsadirə olundu
Gündəm

Aslan Əliyevin 4,2 milyonluq əmlakı müsadirə olundu

04/03/2026 19:29
66
Anar Qasımov vəzifəsindən azad edildi
Gündəm

Anar Qasımov vəzifəsindən azad edildi

04/03/2026 18:57
72
Sabunçuda gecə vaxtı gölü qurutdular — Qanun nə deyir?
Gündəm

Sabunçuda gecə vaxtı gölü qurutdular — Qanun nə deyir?

04/03/2026 16:30
59
Fidan həmin raketlə bağlı Əraqçiyə xəbərdarlıq etdi
Dünya

Fidan həmin raketlə bağlı Əraqçiyə xəbərdarlıq etdi

04/03/2026 16:21
57

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Leyla və Arzu Əliyevalar iftar mərasimində – FOTOLAR

Leyla və Arzu Əliyevalar iftar mərasimində – FOTOLAR

04/03/2026 23:11
67
Məşhur Bibidən ağır xəbər: Vəfat etdi

Məşhur Bibidən ağır xəbər: Vəfat etdi

04/03/2026 23:02
63
200 nəfərlik xüsusi reys artıq Bakıda: Ciddədən təxliyə uğurla həyata keçirildi

200 nəfərlik xüsusi reys artıq Bakıda: Ciddədən təxliyə uğurla həyata keçirildi

04/03/2026 22:21
54
İranı əslində o idarə edir

İranı əslində o idarə edir

04/03/2026 21:55
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Moskva xətti ilə mesaj – Tehran mümkün qətl planını təhdid adlandırdı

Moskva xətti ilə mesaj – Tehran mümkün qətl planını təhdid adlandırdı

04/03/2026 09:32
72

Qərb yarımkürəsində gərginlik – ABŞ-ın Ekvador planı üzə çıxdı

Qərb yarımkürəsində gərginlik – ABŞ-ın Ekvador planı üzə çıxdı

04/03/2026 07:36
62

Ər-Riyadda təhlükə siqnalı – Səfirlik ərazisində partlayış

Ər-Riyadda təhlükə siqnalı – Səfirlik ərazisində partlayış

04/03/2026 07:23
74

Regional Böhran Dərinləşir – İsrailin Hücumu Can Aldı

Regional Böhran Dərinləşir – İsrailin Hücumu Can Aldı

04/03/2026 07:02
62

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.