Bərdə Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Samux kənd həkim məntəqəsinin müdiri Sərfinaz Alı qızı Əliyeva vəfat edib.
Gündəm24.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, o, 1957-ci ildə Goranboy rayonun Xanqərvənd kəndində anadan olub.
1974-1981-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1981-1982-ci illərdə Mingəçevir Birləşmiş Uşaq Xəstəxanasında pediatriya ixtisası üzrə internatura təhsili alıb.
1982-1990-cı illərdə Bərdə rayonu, Samux kənd xəstəxanasında həkim-pediatr vəzifəsində çalışıb. 1990-2010-cu illərdə Samux kənd xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.
2010-cu ildən etibarən Samux kənd tibb məntəqəsinin müdiri kimi fəaliyyətini davam etdirib. Sərfinaz Əliyeva Azərbaycan səhiyyəsinə verdiyi xidmətlərə görə tibb müəssisəsinin rəhbərliyi tərəfindən dəfələrlə təltif olunub.













