AXCP sədri Əli Kərimli saxlanılıb.
Gündəm24.az xəbər verir ki, bu barədə partiya fəalları sosial mediada məlumat yayıb.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən Əli Kərimlinin yaşadığı ünvanda axtarış aparıldığı bildirilir.
Bundan başqa, Əli Kərimlinin müşaviri Məmməd İbrahimin də evində axtarış aparıldığı qeyd olunur.
Hüquq-mühafizə orqanlarından məlumatı Teleqraf-a təsdiqləyiblər.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, AXCP sədrinin evindəki axtarış Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədardır.











