Şənbə, Fevral 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Tramvay Bakıya qayıdır…

20/02/2026 15:38
Gündəm
39 2
Tramvay Bakıya qayıdır…
52
Baxış sayı

Bakıda ictimai nəqliyyat sisteminin modernləşdirilməsi istiqamətində növbəti mühüm addım kimi tramvay xəttinin yenidən bərpası məsələsi gündəmə gəlib.

Gündəm24.az bildirir ki, Teleqraf-ın xəbərinə görə, uzun illər əvvəl ləğv edilən tramvay infrastrukturunun paytaxtda yenidən qurulması həm nəqliyyat sıxlığınının azaldılması,həm də ekoloji cəhətdən daha təmiz və dayanıqlı daşıma modelinə keçid baxımından əhəmiyyətli hesab olunur.

Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, ümumilikdə tıxac bütün iri şəhərlər üçün xarakterik haldır:

“Sıxlıq elementi mənfi deyil, əksinə, müəyyən mənada müsbət göstərici kimi dəyərləndirilməlidir. Bu, böyük şəhərlərdə gözləniləndir, çünki əhali sayı çoxdur. Əsas məsələ həmin əhalinin hansı nəqliyyat vasitələri ilə hərəkət etməsidir. Sıxlıq varsa, onu daha optimal idarə etmək lazımdır. Bunun üçün fərqli və çeşidli hərəkət növləri təşkil olunmalıdır: qısa məsafələrdə piyada və mikromobillik, orta və uzun məsafələrdə isə ictimai nəqliyyatın müxtəlif növləri – avtobus, tramvay, metro və şəhərətrafı elektrik qatarları. Şəhər daxilində daha çox sərnişin daşımaq imkanına malik yüngül relsli nəqliyyat növü isə tramvaydır”.

Ekspertin sözlərinə görə, tramvay avtobusla müqayisədə daha effektivdir:

“Tramvay bir neçə avtobusun daşıdığı sərnişini eyni anda daşıya bilir. Ən bahalı resurs torpaqdır və ondan səmərəli istifadə əsas prioritetlərdəndir. Eyni sahədə daha çox sərnişin daşıyan nəqliyyat növünün inkişaf etdirilməsi vacibdir. Küçələrin müəyyən hissəsi transformasiya olunaraq tramvay xətti üçün ayrılacaq. Küçə dövlət torpağıdır və onun bir hissəsinin ictimai nəqliyyata verilməsi ciddi alternativ yaradacaq. Bu zaman insanlar fərdi nəqliyyat vasitələrindən daha çox sürətli, komfortlu və müasir tramvaylara üstünlük verəcəklər. Bunun nümunəsi var. Məsələn, Yerusəlimdə bəzi küçələr yalnız tramvayların hərəkəti üçün açıqdır, digər nəqliyyat vasitələrinin girişi qadağan edilib. Tramvay eyni anda 300-dən çox sərnişin daşıya bilir. Onun istismar müddəti təxminən 40 ildir. Avtobuslarda isə bu müddət orta hesabla 15 ildir və daşıma qabiliyyəti 80–100 sərnişinlə məhdudlaşır”.

Mütəxəssis layihənin icra müddəti və mərhələlərində toxunub:

“İlkin mərhələdə xətt Mehdiabad, Binəqədi və 28 May istiqamətini əhatə edəcək və 2030-cu ilə qədər istifadəyə verilməsi nəzərdə tutulur. Ümumilikdə isə beş istiqamət planlaşdırılıb. Digər marşrutlardan biri Sea Breeze-dən Pirşağıya, oradan isə Mehdiabada qədər uzanacaq. Daha bir istiqamət 28 Maydan bulvar boyu Bayıla qədər, digəri isə 28 Maydan başlayaraq bulvar, Ağ şəhər və Nargilə ərazisindən keçməklə Həzi Aslanova qədər nəzərdə tutulur.

Bundan əlavə, şimal–cənub istiqaməti üzrə Mehdiabaddan dəmiryoluna paralel şəkildə 8 Noyabr ərazisinə qədər yeni avtomobil yolunun tikintisi planlaşdırılır. Həmin yolun tərkib hissəsi kimi tramvay xətti də nəzərdə tutulur və bu xətt ümumi şəbəkəyə inteqrasiya ediləcək. Qeyd etdiyim dörd layihənin 2030-cu ildən sonra icrası planlaşdırılır. 2030-cu ilə qədər isə yalnız bir istiqamət üzrə işlərin tamamlanması nəzərdə tutulub”.

Rauf Ağamirzəyev əlavə edib ki, tramvay xətlərinin metro və avtobuslarla inteqrasiyası da planlaşdırılır:

“Marşrutların həm dəmiryolu, həm də metro stansiyaları ilə əlaqələndirilməsi aparılacaq. Bu, multimodal daşınmanı və rahat inteqrasiyanı təmin edəcək. Gediş haqqı ilə bağlı məsələlərə isə zamanla aydınlıq gətiriləcək. Ölkədə bu ildən etibarən brutto müqavilələrə keçid planlaşdırılır. Hesab edirəm ki, bu model çərçivəsində günlük, aylıq və illik paketlər, 90 dəqiqə ərzində pulsuz transfer imkanı, eləcə də həssas qruplar üçün güzəştlər kimi mexanizmlər tətbiq oluna bilər. Tramvay da bu konsepsiyanın tərkib hissəsi olacaq”.

Oxşarxəbərlər

Əjdər Cəfərova yüksək vəzifə verildi
Gündəm

Əjdər Cəfərova yüksək vəzifə verildi

21/02/2026 12:30
52
Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır – Bu tarixdən
Gündəm

Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır – Bu tarixdən

21/02/2026 11:28
51
Azərbaycanda onlayn alış-veriş məhdudlaşdırılır? – Gömrükdən qalmaqallı bəyanat
Gündəm

Azərbaycanda onlayn alış-veriş məhdudlaşdırılır? – Gömrükdən qalmaqallı bəyanat

21/02/2026 10:49
52
Rusiyada yoxa çıxan helikopter tapıldı: ölənlər var – FOTO
Gündəm

Rusiyada yoxa çıxan helikopter tapıldı: ölənlər var – FOTO

21/02/2026 10:42
52
Vəzifəli şəxsin ölkədən çıxışına məhdudiyyət qoyuldu
Gündəm

Vəzifəli şəxsin ölkədən çıxışına məhdudiyyət qoyuldu

21/02/2026 10:16
52
Bu gün Beynəlxalq Ana Dili Günüdür
Gündəm

Bu gün Beynəlxalq Ana Dili Günüdür

21/02/2026 09:56
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

21/02/2026 13:02
57
Bakıda 18 yaşlı gənc faciəvi şəkildə öldü

Bakıda 18 yaşlı gənc faciəvi şəkildə öldü

21/02/2026 12:41
55
Əjdər Cəfərova yüksək vəzifə verildi

Əjdər Cəfərova yüksək vəzifə verildi

21/02/2026 12:30
52
Prezident Naxçıvanla bağlı sərəncam imzaladı

Prezident Naxçıvanla bağlı sərəncam imzaladı

21/02/2026 12:07
58

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qəza nəticəsində turistlərin həyatını itirməsi yerli xilasediciləri səfərbər edib

Qəza nəticəsində turistlərin həyatını itirməsi yerli xilasediciləri səfərbər edib

20/02/2026 16:51
55

Polşa və ABŞ strateji addımlarını qiymətləndirir: nüvə silahları mövzusu

Polşa və ABŞ strateji addımlarını qiymətləndirir: nüvə silahları mövzusu

20/02/2026 16:38
54

Epşteyn işi və Zelenski: Ukraynalı siyasətçi şok açıqlama verib

Epşteyn işi və Zelenski: Ukraynalı siyasətçi şok açıqlama verib

20/02/2026 16:32
54

Ərdoğan gələcəkdə planetin vəziyyətinə görə insanların düşüncələrinin dəyişəcəyini bildirib

Ərdoğan gələcəkdə planetin vəziyyətinə görə insanların düşüncələrinin dəyişəcəyini bildirib

20/02/2026 15:52
55

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.