Bazar, Yanvar 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Üç televiziya və bir radionun yayımı dayandırılacaq

09/01/2026
Gündəm
44 0
Üç televiziya və bir radionun yayımı dayandırılacaq
56
Baxış sayı

Audiovizual Şura “Dünya TV”, “MTV”, “Space TV” və “Space FM”in yayımının müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

Şuradan Gündəm24.az-a verilən məlumata görə, 2026-cı il yanvarın 9-da ilk iclas keçirilib və 2 yeni lisenziya verilmiş, 1 lisenziya ləğv olunmuş, 3 televiziya və 1 radio kanalının yayımının 3 saatlıq müvəqqəti dayandırılması haqqında qərarlar qəbul olunub.

Məlumata görə, iclasda keçən ilin sonlarında bir sıra televiziya və radio kanallarında baş vermiş reklam qanunvericiliyinin pozulması halları nəzərdən keçirilib. Audiovizual Şuranın mütəxəssislərinin apardıqları araşdırmalar, müvafiq orqanlara göndərilən sorğulara cavablar nəticəsində pozuntular təsbit olunub və Şura üzvlərinin yekdilliklə qəbul etdikləri qərarlara əsasən həmin yayımçılara 3 saatlıq yayımın dayandırılması sanksiyası tətbiq olunub.

Bildirilib ki, 14 noyabr 2025-ci il tarixdə “Dünya TV” kanalında yayımlanan “Alo doktor” proqramı zamanı reklam materialında bəzi müalicə üsullarının peşəkar səviyyədə yalnız reklam olunan tibb müəssisəsində mövcudluğu barədə yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilib və “Reklam haqqında” Qanunun 6-cı maddəsinin tələbləri pozulub. Audiovizual Şuranın qərarı ilə 15 yanvar 2026-cı il tarixdə saat 21.00-dan saat 24.00-dək “Dünya TV” televiziya kanalının yayımı 3 saatlıq dayandırılacaq.

Həmçinin 27 noyabr 2025-ci il tarixdə “MTV” kanalında yayımlanan “Çıxış yolu” proqramı zamanı reklam materialında bütün xəstəliklərin təbii üsulla müalicəsinin yalnız reklam olunan tibb müəssisəsində mümkün olması haqqında yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilib və “Reklam haqqında” Qanunun 6-cı maddəsinin tələbləri pozulub. Audiovizual Şuranın qərarı ilə 15 yanvar 2026-cı il tarixdə saat 15.00-dan saat 18.00-dək “MTV” televiziya kanalının yayımı 3 saatlıq dayandırılacaq.

3 dekabr 2025-ci il tarixdə isə “Space FM” radio kanalının efirində yayımlanan “Radio diaqnoz” proqramında həkimə aid reklam zamanı həmin həkimin №1 olması haqqında yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilib və “Reklam haqqında” Qanunun 6-cı maddəsinin tələbləri pozulub. Audiovizual Şuranın qərarı ilə 15 yanvar 2026-cı il tarixdə saat 18.00-dan saat 21.00-dək “Space FM” radio kanalının yayımı 3 saatlıq dayandırılacaq.

İclasda keçən ilin 25 dekabr tarixində “Space TV” kanalında yayımlanan “Gəl, danış” proqramında aparıcının çıxışı da müzakirə olunub. Şura üzvlərinin ümumi fikrinə əsasən, yayım zamanı aparıcı tərəfindən mənşə ayrı-seçkiliyi təbliğ olunub və “Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin tələbləri pozulub. “Space TV” kanalına bu istiqamətdə (ayrı-seçkiliyin təbliği hallarına yol verilməsi) keçən il ərzində xəbərdarlıq elan olunduğu nəzərə alınaraq Audiovizual Şura bu dəfə “Space TV” televiziya kanalının yayımının 14 yanvar 2026-cı il tarixdə saat 12:00-dan saat 15:00-dək 3 saatlıq dayandırılması barədə qərar verib.

Bunlarla yanaşı, “Azercell Telekom” MMC-nin audiovizual media fəaliyyəti üçün lisenziyaların verilməsi ilə bağlı müraciətinə də baxılıb. Təqdim olunmuş sənədlərin və iqtisadi əsaslandırmanın yoxlanılması, habelə yerində keçirilmiş baxışın nəticələri əsasında Audiovizual Şura xidmət adı “Kinon” olmaqla “Azercell Telekom” MMC-yə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyalarının verilməsi haqqında müvafiq qərarlar qəbul edib.

Bundan sonra, iclasda “Neftçi TV” kanalının fəaliyyəti müzakirə olunub. Qeyd olunub ki, aldığı peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasına uyğun olaraq son 1 il ərzində birbaşa internet üzərindən davamlı yayım apara bilməyən “Neftçi TV” kanalı ilə bağlı Audiovizual Şura tərəfindən “Neftçi Media” MMC-yə bir neçə dəfə bildiriş verilmiş, xəbərdarlıq olunub. Nəticədə “Neftçi Media” MMC yayım apara bilmədiyi üçün lisenziyanın ləğvi məqsədilə Audiovizual Şuraya müraciət edib. Lisenziya sahibinin müraciətini nəzərə alaraq Audiovizual Şura “Neftçi TV” kanalı üçün “Neftçi Media” MMC-yə verdiyi peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasını ləğv edib.

Oxşarxəbərlər

Növbəti iki gündə külək güclənəcək – Xəbərdarlıq
Gündəm

Növbəti iki gündə külək güclənəcək – Xəbərdarlıq

17/01/2026
72
Estetik əməliyyat etdirən qadının nitqində problem yarandı – VİDEO
Gündəm

Estetik əməliyyat etdirən qadının nitqində problem yarandı – VİDEO

17/01/2026
67
Xaçatryan və üç erməni məhbus buna görə qaytarılıb – Saakyan
Gündəm

Xaçatryan və üç erməni məhbus buna görə qaytarılıb – Saakyan

17/01/2026
62
Məzuniyyətlər birləşdiriləcək – Yenilik
Gündəm

Məzuniyyətlər birləşdiriləcək – Yenilik

17/01/2026
65
Kadırovun qəzaya düşən oğlu təyyarə ilə Moskvaya aparılır
Gündəm

Kadırovun qəzaya düşən oğlu təyyarə ilə Moskvaya aparılır

17/01/2026
87
Yollarda duman var
Gündəm

Yollarda duman var

17/01/2026
66

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

18/01/2026
56
Mingəçevirdə yanıq xəsarəti alan kişi xəstəxanada öldü

Mingəçevirdə yanıq xəsarəti alan kişi xəstəxanada öldü

18/01/2026
61
Türkiyəli müğənni ikinci dəfə evlənir

Türkiyəli müğənni ikinci dəfə evlənir

18/01/2026
60
27 il sonra böyük saziş imzalandı

27 il sonra böyük saziş imzalandı

18/01/2026
59

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Ekspert proqnozu: Ukraynada gələn il sülhün təmin olunması çətin görünür

Ekspert proqnozu: Ukraynada gələn il sülhün təmin olunması çətin görünür

17/01/2026
82

Ərdoğan: Onlayn mərc və qumar oyunlarına qarşı strategiya uğurla icra olunur

Ərdoğan: Onlayn mərc və qumar oyunlarına qarşı strategiya uğurla icra olunur

17/01/2026
82

Beynəlxalq sülh addımı: Tramp Ərdoğanı Qəzza Şurasına dəvət edib

Beynəlxalq sülh addımı: Tramp Ərdoğanı Qəzza Şurasına dəvət edib

17/01/2026
68

Misir və Sudan Trampın vasitəçilik təşəbbüsünə rəsmi reaksiya göstərdi

Misir və Sudan Trampın vasitəçilik təşəbbüsünə rəsmi reaksiya göstərdi

17/01/2026
78

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.