Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazov türkiyəli həmkarı Mustafa Çiftçi və İraq Respublikasının daxili işlər naziri, ordu generalı Abdulemir Kamil Şemmari ilə telefon danışığı aparıb.
Gündəm24.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, aparılan telefon danışığı zamanı nazirliklər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi həyata keçirilib.













