Bazar, Avqust 9, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Xəzərə bu canlıların hücumu başlayıb? – Görüntülər narahatlıq yaratdı: FOTO

05/08/2026 11:18
Gündəm
50 3
Xəzərə bu canlıların hücumu başlayıb? – Görüntülər narahatlıq yaratdı: FOTO
67
Baxış sayı
Sosial şəbəkələrdə Xəzər dənizində ilanların çoxalması ilə bağlı görüntülər və məlumatlar yayılıb. Əksər istifadəçilər kadrlardakı ilanların su ilanları olduğunu bildirsələr də, paylaşımlarda onları gürzə və başqa zəhərli sürünənlər adlandırırlar. Hətta qeyd olunur ki, əvvəllər dənizdə yalnız su ilanlarına rast gəlinirdisə, indi gürzələr də görünməyə başlayıb.Sosial şəbəkələrdə Xəzər dənizində ilanların çoxalması ilə bağlı görüntülər və məlumatlar yayılıb. Əksər istifadəçilər kadrlardakı ilanların su ilanları olduğunu bildirsələr də, paylaşımlarda onları gürzə və başqa zəhərli sürünənlər adlandırırlar. Hətta qeyd olunur ki, əvvəllər dənizdə yalnız su ilanlarına rast gəlinirdisə, indi gürzələr də görünməyə başlayıb.
Bu iddialar nə dərəcədə doğrudur? Onlar hansı səbəblərlə əlaqədar ola bilər? Aidiyyəti dövlət qurumlarının məsələyə müdaxiləsinə ehtiyac varmı?
Gündəm24.az  xəbər verir ki, Globalinfo.az-a danışan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutu Publik Hüquqi Şəxsinin laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov bildirib ki, Xəzər dənizində və Xəzər dənizi sahilində, xüsusilə çimərliklərə bitişik bəzi ərazilərdə ilanlara rast gəlinməsi mümkündür:
“Burada əsasən iki fərqli vəziyyəti bir-birindən ayırmaq lazımdır. Birincisi, Xəzərin qayalıq sahillərində və suya yaxın ərazilərdə yaşayan su ilanlarıdır. Onlar həmin qayalıqlarda məskunlaşır və əsasən balıqlar, balıq körpələri ilə qidalanırlar. Adətən yaşadıqları qayalıq ərazilərdən uzaqlaşmırlar. Lakin çimərlik mövsümündə insanların çoxalması, səs-küy və digər narahatedici amillər onların sığındıqları yerlərdən çıxmasına səbəb ola bilər. Belə hallarda su ilanlarının dənizdə, hətta insanların olduğu ərazilərə yaxın sularda görünməsi mümkündür. Su ilanları zəhərsizdir və insanlar üçün ciddi təhlükə yaratmırlar”.
ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ-nin əməkdaşları biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov və Elşad Əsgərovun Atv Xəbər-ə müsahibəsi | Canlı Sistemlərin Tədqiqi İnstitutu
Təvəkkül İskəndərov
Mütəxəssis deyib ki, ikinci qrup isə çimərliklərə bitişik quru ərazilərdə yaşayan ilanlardır:
“Daşlı, kolluq, isti və quru, insanların giriş-çıxışının az olduğu sahələrdə, o cümlədən Xəzərin sahilindəki bəzi ərazilərdə gürzələrə və digər ilan növlərinə rast gəlmək mümkündür. Onlar əsasən belə ərazilərdə sığınaraq yaşayırlar və dənizlə heç bir əlaqələri yoxdur. Lakin çimərlik mövsümündə insanların həmin ərazilərə daxil olması, səs-küy və narahatlıq amili ilanların gizləndikləri yerlərdən çıxmasına və sahilə yaxın ərazilərdə görünməsinə səbəb ola bilər. Buna görə də çimərliklərə bitişik, daşlı, kolluq və insan giriş-çıxışının az olduğu ərazilərdə ehtiyatlı olmaq lazımdır”.
 
T.İsgəndərov qeyd edib ki, sosial şəbəkələrdə bəzən Xəzərin içərisində müxtəlif ilanların, o cümlədən gürzələrin görüldüyü barədə məlumatlar yayılır:
“Burada məsələyə düzgün yanaşmaq vacibdir. Gürzənin dənizin içərisində yaşaması və dəniz ilanı olması uyğun deyil. Dənizdə və suyun içərisində görülən ilanlar, xüsusilə qayalıq sahələrdən açıq suya çıxanlar, böyük ehtimalla su ilanları ola bilər. Yəni Xəzərin içərisində gürzələrin məskunlaşması barədə yayılan məlumatlarla su ilanlarının dənizdə görünməsini eyniləşdirmək düzgün deyil. Su ilanlarının insanlarla eyni su ərazisində görünməsi isə onların yaşayış yerlərində yaranan narahatlıqla əlaqəli ola bilər”.

Oxşarxəbərlər

Lalə Azərtaş makiyajsız görüntüsünü paylaşdı
Gündəm

Lalə Azərtaş makiyajsız görüntüsünü paylaşdı

07/08/2026 18:09
57
Sevinc Hüseynovanın Səidə Bəkirqızı ilə bağlı şikayətinin məhkəmə qərarı AÇIQLANDI
Gündəm

Sevinc Hüseynovanın Səidə Bəkirqızı ilə bağlı şikayətinin məhkəmə qərarı AÇIQLANDI

06/08/2026 19:11
56
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
Gündəm

Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək

16/07/2026 20:24
62
Sərəncam İMZALANDI:Vəzifəsini itirən məmur KİMDİR?
Gündəm

Sərəncam İMZALANDI:Vəzifəsini itirən məmur KİMDİR?

13/07/2026 11:23
66
Mirşahindən “televizora baxmıram” deyənlərə sərt sözlər: Ən ağır… – VİDEO
Gündəm

Mirşahindən “televizora baxmıram” deyənlərə sərt sözlər: Ən ağır… – VİDEO

13/07/2026 08:56
67
İki qonşuda savaş – sərhədlər BU TARİXƏDƏK açılmayacaq
Gündəm

İki qonşuda savaş – sərhədlər BU TARİXƏDƏK açılmayacaq

11/07/2026 08:49
61

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Xərçəngdən əziyyət çəkən Cansever vəfat etdi

Xərçəngdən əziyyət çəkən Cansever vəfat etdi

08/08/2026 23:59
53
Çin avtomobilləri KÜTLƏVİ sıradan çıxır – ŞOK SƏBƏB

Çin avtomobilləri KÜTLƏVİ sıradan çıxır – ŞOK SƏBƏB

08/08/2026 23:28
57
Salyanda qadın bacısı qızının nişanında qızılları oğurladı

Salyanda qadın bacısı qızının nişanında qızılları oğurladı

08/08/2026 22:45
53
Türkan Şoray Azərbaycana gəlir

Türkan Şoray Azərbaycana gəlir

08/08/2026 22:38
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın unudulmayan yurdu – Haqqıxlı

Qərbi Azərbaycanın unudulmayan yurdu – Haqqıxlı

07/08/2026 09:00
59

Sumqayıtda içməli su saatlarla küçəyə axdı – müraciətdən sonra da problem həll olunmadı

Sumqayıtda içməli su saatlarla küçəyə axdı – müraciətdən sonra da problem həll olunmadı

06/08/2026 15:26
78

Qərbi Azərbaycanın elm ocağı kimi tanınan Əmirxeyir kəndi

Qərbi Azərbaycanın elm ocağı kimi tanınan Əmirxeyir kəndi

06/08/2026 10:07
73

Qərbi Azərbaycanın unudulmayan yurdu – Yanıqpəyə

Qərbi Azərbaycanın unudulmayan yurdu – Yanıqpəyə

05/08/2026 10:02
65

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.