“Hazırda bölgədə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri xahiş olunur”.
Gündəm24.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
O, hazırda İranda olan vətəndaşlarımıza müraciət edib:
“Vətəndaşlardan yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur. Onların təxliyəsinə gəldikdə, indiki məqamda, Xarici İşlər Nazirliyinin paylaşdığı səyahət xəbərdarlığına uyğun olaraq, İran ərazisində olan Azərbaycan vətəndaşlarının İrandan çıxışı üçün yerləşmə bölgəsindən asılı olaraq Azərbaycan və Türkiyə quru sərhədindən istifadə olunur”.
A.Hacızadə bildirib ki, indiyə qədər 30 nəfər vətəndaşımız Azərbaycan sərhədindən keçid edib.














