Cümə axşamı, Fevral 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Xocalı soyqırımı ən qanlı faciələrdəndir – XİN

26/02/2026 09:23
Gündəm
41 2
Xocalı soyqırımı ən qanlı faciələrdəndir – XİN
54
Baxış sayı

Ermənistan silahlı hücumu Xocalı soyqırımının törədilməsindən 34 il ötür.

Gündəm24.az  xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bəyanatda deyilir:

“Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı apardığı işğal və soyqırımı siyasətinin ən qanlı faciələrindəndir.

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 1991-ci ilin oktyabr ayından mühasirədə saxlanmış, avtomobil və enerji əlaqəsi kəsilmiş Xocalıya hücum edərək azərbaycanlı dinc sakinlərə qarşı kütləvi vəhşiliklər törədiblər.

Keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməkliyi ilə erməni dəstələri tərəfindən həyata keçirilmiş qırğın zamanı Xocalıda 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 yaşlı xüsusi amansızlıqla qətlə yetirilib. 487 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 1 275 nəfər əsir götürülüb və girovluqda işgəncələrə məruz qalıb. Səkkiz ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib. Bir çox girovun taleyi hələ də məlum deyil.

Bu qırğınlar yalnız hərbi əməliyyat deyil, etnik nifrət və ayrı-seçkilik siyasətinin parçası olub. Ermənistanın Azərbaycanın Bağanis Ayrım, Cəmilli, Kərkicahan, Meşəli, Malıbəyli, Qaradağlı, Tuğ, Səlakətin və s. kimi digər yaşayış məntəqələrində də azərbaycanlılara qarşı məqsədyönlü qırğınlar həyata keçirməsi Xocalı soyqırımının sistemli və planlı xarakterini açıq şəkildə nümayiş etdirir.

Xocalı soyqırımı beynəlxalq hüququn, o cümlədən Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, İşgəncələrə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya və digər beynəlxalq humanitar norma və standartların kobud şəkildə pozulmasıdır. Bu faciə insanlıq əleyhinə cinayət olaraq dünya hüquq sistemində özünə layiqli qiymətini almalıdır.

Xocalı soyqırımının məqsədyönlü xarakteri ilə bağlı mövcud faktlar, o cümlədən soyqırımının təşkilatçılarından biri olan Ermənistanın keçmiş müdafiə naziri və daha sonra dövlət başçısı olmuş Serj Sarkisyanın etirafları göstərir ki, bu faciə düşünülmüş siyasətin tərkib hissəsi olub.

Bu gün, xalqımızın sağalmayan yaralarından biri olan Xocalıya digər işğaldan azad olunmuş ərazilərdə olduğu kimi həyat qayıdır, dövlətimiz və xalqımız soyqırımı qurbanlarını unutmur, onların xatirəsini əbədiləşdirir.

Xocalı soyqırımının 34-cü ildönümündə faciənin günahsız qurbanlarının əziz xatirəsini bir daha dərin ehtiramla yad edirik”.

Oxşarxəbərlər

XX əsrin Xocalı məhşəri
Gündəm

XX əsrin Xocalı məhşəri

26/02/2026 10:50
51
TƏBİB Səhiyyə Nazirliyinə birləşdiriləcək? – Nazirdən reaksiya
Gündəm

TƏBİB Səhiyyə Nazirliyinə birləşdiriləcək? – Nazirdən reaksiya

26/02/2026 10:42
52
Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi – FOTOLAR
Gündəm

Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi – FOTOLAR

26/02/2026 09:18
54
Tarixin ən dəhşətli səhifəsi – Xocalıdan 34 il ötür
Gündəm

Tarixin ən dəhşətli səhifəsi – Xocalıdan 34 il ötür

26/02/2026 00:02
60
Azərbaycandan Ermənistana 4500 ton dizel yola salınır – FOTOLAR
Gündəm

Azərbaycandan Ermənistana 4500 ton dizel yola salınır – FOTOLAR

25/02/2026 17:51
52
Azərbaycanda 300-dən çox şəxsə qeyri-adi qadağa qoyuldu
Gündəm

Azərbaycanda 300-dən çox şəxsə qeyri-adi qadağa qoyuldu

25/02/2026 15:32
54

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Prezident Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi

Prezident Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi

26/02/2026 11:22
51
XX əsrin Xocalı məhşəri

XX əsrin Xocalı məhşəri

26/02/2026 10:50
51
TƏBİB Səhiyyə Nazirliyinə birləşdiriləcək? – Nazirdən reaksiya

TƏBİB Səhiyyə Nazirliyinə birləşdiriləcək? – Nazirdən reaksiya

26/02/2026 10:42
52
ABŞ-dan Xocalı soyqırımı ilə bağlı paylaşım

ABŞ-dan Xocalı soyqırımı ilə bağlı paylaşım

26/02/2026 10:38
51

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Tehran Vaşinqtona Cavab Verdi – Raket və Nüvə Açıqlamaları “Yalandır”

Tehran Vaşinqtona Cavab Verdi – Raket və Nüvə Açıqlamaları “Yalandır”

25/02/2026 11:01
54

Kartel Başçısı Məhv Edildi, Ölkədə Gərginlik Artdı

Kartel Başçısı Məhv Edildi, Ölkədə Gərginlik Artdı

25/02/2026 09:55
53

24 Saatda Böyük Zərbə – Ukrayna Qüvvələri Ciddi Itki Verdi

24 Saatda Böyük Zərbə – Ukrayna Qüvvələri Ciddi Itki Verdi

25/02/2026 07:45
53

Türkiyədən Açıqlama – ABŞ və İranla Bağlı Xəbərlərə Reaksiya

Türkiyədən Açıqlama – ABŞ və İranla Bağlı Xəbərlərə Reaksiya

25/02/2026 02:47
53

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In