Cümə axşamı, Aprel 2, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Yeni hərbi obyektlər istifadəyə verildi

31/03/2026 10:48
Gündəm
47 0
Yeni hərbi obyektlər istifadəyə verildi
60
Baxış sayı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsi, bölmələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.

Gündəm24.az   xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
​Müdafiə Nazirliyinin rəhbər heyəti Mühəndis Qoşunlarının Mühəndis-İstehkam Mərkəzinin, Psixoloji Təminat İdarəsi və Bakı Hərbi Psixoloji Sağlamlıq Mərkəzinin, eləcə də Hüquq İdarəsinin inzibati binalarının açılışında iştirak edib. Həmçinin Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecində və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Təcili tibbi yardım bölməsində görülən işlərlə tanış olub.
​Yeni istifadəyə verilən Mühəndis-İstehkam Mərkəzində kiçik mütəxəssislərin hazırlanması və ərazinin minalardan təmizlənməsi üçün müasir standartlara cavab verən simulyator sistemləri quraşdırılıb.
Mərkəzin ərazisində yaradılan şəraitlə tanış olan heyət yanğınsöndürmə deposuna, qarovul otağına, avtomobil parkına, mühəndis döyüş sursatları, hərbi-texniki əmlak, raket-artilleriya silahları, sursat və əşya anbarlarına, eləcə də Mühəndis Qoşunlarının poliqonunda döyüş hazırlığı prosesində istifadə olunan təlim yerlərinə baxış keçirib.
​Əlavə olaraq, rəhbər heyətə mərkəzin maddi-texniki təminatının gücləndirilməsi məqsədilə yeni alınmış mühəndis silahlandırma vasitələri və müasir mexaniki minatəmizləmə avadanlıqları nümayiş etdirilib, onların taktiki-texniki xüsusiyyətləri və tətbiq imkanları barədə ətraflı məlumat verilib.
Azərbaycan Ordusunun şəxsi heyətinin psixoloji hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə aparılan ştat-struktur islahatları çərçivəsində yeni yaradılan Psixoloji Təminat İdarəsinin və Bakı Hərbi Psixoloji Sağlamlıq Mərkəzinin əsaslı təmir olunmuş inzibati binaları istifadəyə verilib.
Burada psixoloji xidmətin spesifik tələbləri əsas götürülərək şəxsi heyətin psixoloji dözümlülüyünün artırılması və posttravmatik vəziyyətin bərpası məqsədilə xüsusi terapiya otaqları, eləcə də hərbi psixoloqların hazırlığı və metodiki sənədləşmənin aparılması üçün iş otaqları yaradılıb.
​Regionda ilkin təcrübəyə malik olan, hərbi və mülki psixoloqların birgə fəaliyyət göstərəcəyi mərkəz Azərbaycan Ordusunun hərbi qulluqçularının və onların ailə üzvlərinin psixoloji rifahının qorunması və inkişaf etdirilməsinə xidmət edəcək.
Yeni təsis edilmiş mərkəzdə fərdi və qrup psixoterapiyası, psixoloji diaqnostika, konsultasiya, stres və travma sonrası psixoloji reabilitasiya, həmçinin uşaq və yeniyetmələrin psixoloji inkişafının dəstəklənməsi məqsədilə zəruri xidmətlərin göstərilməsi də nəzərdə tutulub.
Sonra Müdafiə Nazirliyinin rəhbərliyi Hüquq İdarəsinin yeni istifadəyə verilmiş inzibati binasının açılışında olub. Burada rəhbər heyətə məlumat verilib ki, Hüquq İdarəsi müxtəlif hərbi hüquqi məsələləri tənzimləyən və müdafiə sahəsindəki qanunvericiliyə uyğun fəaliyyət göstərən bir qurumdur.
İdarə Azərbaycan Ordusunun şəxsi heyətinə hüquqi məsləhətlərin verilməsi, hərbi cinayətlərə qarşı mübarizə, eləcə də beynəlxalq hüquq məsələlərini tənzimləyir. Hüquq İdarəsinin fəaliyyətinin əsas məqsədi Müdafiə Nazirliyinin tabeliyində olan qoşun və qüvvələrin fəaliyyətini hüquqi baxımdan dəstəkləmək və mövcud qanunlara riayət olunmasını təmin etməkdir.
BakuPost
BakuPost

Oxşarxəbərlər

Əli Əhmədovun ailəsində AĞIR İTKİ
Gündəm

Əli Əhmədovun ailəsində AĞIR İTKİ

01/04/2026 11:51
55
Bakı-İrəvan təyyarə reysləri açılır: Biletlər bu qiymətədir
Gündəm

Bakı-İrəvan təyyarə reysləri açılır: Biletlər bu qiymətədir

31/03/2026 17:34
54
Tiktoker “Miray”la bağlı qərar verildi
Gündəm

Tiktoker “Miray”la bağlı qərar verildi

31/03/2026 16:35
54
Azərbaycanlı müğənninin səsi batdı – Danışmaq qadağan edildi
Gündəm

Azərbaycanlı müğənninin səsi batdı – Danışmaq qadağan edildi

31/03/2026 14:25
59
Araz Ağalarov yenidən evləndi
Gündəm

Araz Ağalarov yenidən evləndi

31/03/2026 09:08
55
31 Mart Azərbaycanlıların Soyqırımından 108 il keçir
Gündəm

31 Mart Azərbaycanlıların Soyqırımından 108 il keçir

31/03/2026 00:07
55

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Ukrayna bu ölkəyə HÜCUM ETDİ

Ukrayna bu ölkəyə HÜCUM ETDİ

02/04/2026 09:52
50
Avropada şok iddia: NATO ABŞ təhdidləri səbəbilə dağılır?

Avropada şok iddia: NATO ABŞ təhdidləri səbəbilə dağılır?

02/04/2026 09:38
70
Azərbaycanda qeyri-iş günləri artır – 52 gün…

Azərbaycanda qeyri-iş günləri artır – 52 gün…

02/04/2026 09:16
66
7.4 bal gücündə ZƏLZƏLƏ- Bu ölkədə

7.4 bal gücündə ZƏLZƏLƏ- Bu ölkədə

02/04/2026 09:12
73

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Avropada şok iddia: NATO ABŞ təhdidləri səbəbilə dağılır?

Avropada şok iddia: NATO ABŞ təhdidləri səbəbilə dağılır?

02/04/2026 09:38
70

Rusiyadan Avropaya çağırış: Dmitriyev Aİ və Britaniyaya “Rusiya neftinə qayıdın” dedi

Rusiyadan Avropaya çağırış: Dmitriyev Aİ və Britaniyaya “Rusiya neftinə qayıdın” dedi

02/04/2026 09:06
61

Dünyanın gözlədiyi xəbər: Münaqişədən sonra Hörmüz boğazı yenidən açılır

Dünyanın gözlədiyi xəbər: Münaqişədən sonra Hörmüz boğazı yenidən açılır

02/04/2026 06:56
73

Trampdan sərt xəbərdarlıq: “İran razılaşmanı rədd etsə, neft infrastrukturu məhv ediləcək”

Trampdan sərt xəbərdarlıq: “İran razılaşmanı rədd etsə, neft infrastrukturu məhv ediləcək”

02/04/2026 06:52
55

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.