Yanvarın 30-da yayılan açıqlamasında ekstrasens kimi tanınan Zirəddin Rzayev İranın ali dini lideri Ayətullah Əli Xamenei barədə konkret fikir səsləndirmişdi.
O, Xameneiyə qarşı “heç bir təhlükə görmədiyini” bildirmişdi.
Gündəm24.az xəbər verir ki, həmin açıqlama İranda gərginliyin artdığı bir dövrdə yayılmışdı və sosial şəbəkələrdə geniş müzakirə olunmuşdu. Zirəddin digər siyasi proseslərlə bağlı müxtəlif ehtimallar irəli sürsə də, Xamenei ilə bağlı mövqeyi birmənalı olmuşdu, ona qarşı təhlükə olmadığını vurğulamışdı.
Lakin son hadisələr bu proqnozun özünü doğrultmadığını göstərdi. Xameneinin vəfatı ilə bağlı yayılan məlumatlar fonunda yanvarda səsləndirilən “təhlükə yoxdur” fikri faktiki olaraq təkzib edilmiş oldu. Beləliklə, konkret olaraq Xameneinin taleyi ilə bağlı verilən proqnoz reallıqla üst-üstə düşmədi. /Sfera.az














