ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran hədəflərinə endirilən zərbələrin video görüntülərini yayımlayıb.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, görüntülərdə ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərindən “Tomahawk” qanadlı raketlərin buraxılışı, eləcə də “Task Force Scorpion Strike”dan ucuz, sərfəli “LUCAS” hücum dronlarının istifadəsi göstərilir.
Bundan əlavə, Ərəbistan dənizində “USS Abraham Linkoln” təyyarədaşıyan gəmisindən havaya qalxan “F/A-18 Super Hornet” və “F-35C” qırıcı təyyarələri nümayiş etdirilir.














