Ağcabədidə ölümlə nəticələnən avtomobil qəzası baş verib.
Gündəm24.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.
Qəza zamanı Hindarx qəsəbə sakini, 1987-ci il təvəllüdlü Şaiq Ələsgərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə 1996-cı il təvəllüdlü Bayram İsmayılovun idarə etdiyi “Hyundai” markalı avtomobil toqquşub. Nəticədə Şaiq Ələsgərov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Digər sürücü B.İsmayılov isə ağır vəziyyətdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.













