Çərşənbə, Mart 4, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Avtobuslara mindirildilər, hara getdikləri deyilmədi” – Rusiyada azərbaycanlılarla bağlı ŞOK İDDİA

05/01/2026 19:13
Hadisə
48 1
“Avtobuslara mindirildilər, hara getdikləri deyilmədi” – Rusiyada azərbaycanlılarla bağlı ŞOK İDDİA
62
Baxış sayı

Rusiyada çalışan miqrantların, o cümlədən Azərbaycan vətəndaşlarının zorla Ukrayna ilə davam edən müharibəyə göndərildiyi barədə yeni məlumatlar ortaya çıxıb.

Gündəm24.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, son olaraq Azərbaycan vətəndaşı olan 20 nəfər Ukrayna ilə müharibəyə cəlb olunub.

Məlumatda bildirilir ki, 3-4 il əvvəl Rusiyaya tikinti sahəsində işləmək üçün gedən azərbaycanlılardan biri son illər müharibə zonasından kənarda, Donetsk ərazisində müxtəlif obyektlərin tikintisində çalışıb.

O, 13 dekabr 2025-ci ildə Azərbaycanda yaşayan qardaşına yazıb ki, tikintidə çalışan təxminən 250 nəfər işçi zorla avtobuslara mindirilib və Voronej vilayətində yerləşən 11097 saylı hərbi hissəyə – 362-ci alaya aparılıb.

Onların Ukraynaya – cəbhə xəttinə göndərilməsi planlaşdırılır.

Tikintidə ümumilikdə minə yaxın miqrant çalışıb. Onların arasında Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistan vətəndaşları olub.

Azərbaycandan olan işçilərin sayı isə təxminən 20 nəfərdir.

Onların işlədiyi ərazi tam qapalı zona olub, ora giriş-çıxış sərbəst deyilmiş. Hətta işləməyə gedəndə belə 3-4 hərbi postdan keçirmişlər.

Məlumata görə, işçilər əvvəlcə yaşayış binaları və obyektlərin tikintisində çalışıb. Daha sonra isə onları qruplar halında naməlum istiqamətə aparıblar.

Birinci mərhələdə işçilərin yarısı, sonra qalanları aparılıb. Lakin hara apardıqlarını deməyiblər.

Sonradan dəqiqləşib ki, onları əvvəlcə Voronejə aparıblar, orada 1-2 gün saxladıqdan sonra isə hamısını Rostov vilayətində hərbi hissəyə köçürüblər. Müharibəyə getmək istəyib-istəmədikləri barədə heç kimdən heç nə soruşmayıblar. Onlar hərbi xidmətlə bağlı heç bir sənədə imza da atmayıblar.

Bununla belə, artıq onlara hərbi geyimlər paylanıb, hərbi hazırlıqlarına başlanılıb.

Hazırda həmin qrupda təxminən 20 azərbaycanlı var, onlar faktiki girov vəziyyətində Ukrayna ilə müharibəyə hazırlanırlar.

Məlumatda bildirilir ki, həmin azərbaycanlılara ailələri ilə çox nadir hallarda telefon əlaqəsi saxlamağa imkan verirlər.

O da vurğulanır ki, onların yaxınları məsələ ilə bağlı artıq Azərbaycanın Rusiyadakı səfirliyinə və digər aidiyyəti orqanlara müraciət edib.

Qeyd edək ki, Rusiyanın miqrantları müxtəlif yollarla Ukrayna müharibəsinə cəlb etməsi yeni məlumat deyil. Moskva müxtəlif şirnikləndirici vasitələr, aldadılma, hədə-qorxu və s. üsullarla miqrantları döyüş bölgəsinə göndərir.

Bəzi hallarda isə ayrı-ayrı ölkələrin vətəndaşları heç bir hərbi hazırlıq, təlim keçmədən ön cəbhəyə göndərilir. Rusiya-Ukrayna müharibəsində döyüşlərə cəlb olunmuş Azərbaycan vətəndaşlarının həlak olması, yaxud itkin düşməsi barədə məlumatlara tez-tez rast gəlinir. Rusiyanın iş dalınca, yaxud başqa məqsədlə bu ölkəyə üz tutmuş miqrantları Ukrayna ilə müharibəyə cəlb etməsi heç bir normaya sığmır. Miqrantların düşdüyü çətin vəziyyətindən istifadə edərək, onları birbaşa ölümə göndərməklə Rusiya insan haqlarına, miqrasiya qanunlarına heç bir əhəmiyyət vermədiyini bir daha ortaya qoyur.

Oxşarxəbərlər

Sumqayıtda yük maşını aşıb, yaralılar var
CƏMİYYƏT

Sumqayıtda yük maşını aşıb, yaralılar var

04/03/2026 13:19
57
İran ABŞ-nin ən böyük aviabazasını VURDU
Hadisə

İran ABŞ-nin ən böyük aviabazasını VURDU

04/03/2026 12:19
68
Dənizdə köməksiz qalan balıqçılar xilas edildi – FOTOLAR
Hadisə

Dənizdə köməksiz qalan balıqçılar xilas edildi – FOTOLAR

04/03/2026 12:02
60
Bu məhkəmənin şöbə rəisi vəfat etdi
Hadisə

Bu məhkəmənin şöbə rəisi vəfat etdi

04/03/2026 10:23
71
Sərnişinlə dolu təyyarənin havada mühərriki ALOVLANDI – VİDEO
Hadisə

Sərnişinlə dolu təyyarənin havada mühərriki ALOVLANDI – VİDEO

03/03/2026 18:43
62
Aktrisa direktoru məhkəməyə verdi – Qərar
Hadisə

Aktrisa direktoru məhkəməyə verdi – Qərar

03/03/2026 16:56
59

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Abşeronda bir gecədə dörd evi TALADILAR

Abşeronda bir gecədə dörd evi TALADILAR

04/03/2026 17:34
50
Müharibənin qızğın vaxtında Çin səmaya buraxdı — Hamı heyrət içində

Müharibənin qızğın vaxtında Çin səmaya buraxdı — Hamı heyrət içində

04/03/2026 17:25
61
ABŞ İran gəmisinə ZƏRBƏ ENDİRİB:101 nəfər İTKİN DÜŞÜB

ABŞ İran gəmisinə ZƏRBƏ ENDİRİB:101 nəfər İTKİN DÜŞÜB

04/03/2026 17:23
50
Qətərdə fövqəladə vəziyyət elan edildi — Qaz hasilatı tam DAYANDIRILDI

Qətərdə fövqəladə vəziyyət elan edildi — Qaz hasilatı tam DAYANDIRILDI

04/03/2026 17:06
71

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Moskva xətti ilə mesaj – Tehran mümkün qətl planını təhdid adlandırdı

Moskva xətti ilə mesaj – Tehran mümkün qətl planını təhdid adlandırdı

04/03/2026 09:32
72

Qərb yarımkürəsində gərginlik – ABŞ-ın Ekvador planı üzə çıxdı

Qərb yarımkürəsində gərginlik – ABŞ-ın Ekvador planı üzə çıxdı

04/03/2026 07:36
62

Ər-Riyadda təhlükə siqnalı – Səfirlik ərazisində partlayış

Ər-Riyadda təhlükə siqnalı – Səfirlik ərazisində partlayış

04/03/2026 07:23
74

Regional Böhran Dərinləşir – İsrailin Hücumu Can Aldı

Regional Böhran Dərinləşir – İsrailin Hücumu Can Aldı

04/03/2026 07:02
62

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.